')

Bu gün:


FutbolPress.Az | NƏHAYƏT, RAMİN MUSAYEV DANIŞDI

NƏHAYƏT, RAMİN MUSAYEV DANIŞDI


oxunma sayı: 963 Paylaş:

FutbolPress: Saytimızın baş redaktoru Elçin Cəlilovun və ultrasport.az saytının baş redaktoru Nail Nurəddinoğlunun bazar ertəsi "Xəzər TV"-də gecə efirə gedən "Futbol Saatı" verilişində Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevi efirdə debata dəvət etməsinə görə, onlara AFFA-dakılar, müəyyən "jurnalistlər" zəng edərək, müxtəlif hədələr gəlir, bir sözlə, bununla jurnalistlərin öz nüfuzlarına zərər gətirdiklərini anlatmağa çalışırdılar. Bundan sonra adıçəkilən jurnalistlər onlara qarşı çoxalmaqda olan təhdidlərdən narahat olduqlarını bildirdilər və buna görə, bir neçə dəyərli həmkarımız, azerifootball.com və korner.az saytları həmkarlarının müdafiəsinə qalxdılar. Jurnalistlər isə bu məsələyə birbaşa Ramin Musayevin aydınlıq gətirməsini lazım bildiklərini, təhdidlərin Musayev tərəfindən sifarişli deyil, kimlərinsə ona "sırınmaq" cəhdləri olduğunu düşündüklərini deyirdilər.
Nəhayət, bu gün Ramin Musayev saytımıza açıqlama verərək, bütün suallara cavab verməyə, problemi aydınlaşdırmağa hazır olduğunu bildirdi.
PFL-in prezidenti jurnalistlərin təhdid olunmasını pisləyərək, onun adından danışanları cəzalandırmağa hazır olduğunu bildirdi: "And içirəm ki, kiməsə sizə hədə-qorxu gəlmək tapşırığı verməmişəm. Bu nə deməkdi, haradı bura ki, hərə bir tapşırıq versin?!"
- Özünü AFFA-çı kimi təqdim edib, bizə düz yol göstərməyə çalışanlar Sizin adınızdan danışır...
- Mən hər jurnalistin müraciətinə cavab vermirəm, çünki hamısı təmiz məqsədlərə xidmət etmir. Bilirəm, kimin səviyyəsi hara qədərdi. Bu məsələdə özüm də istədim ki, bilim də kim sizə, təmiz mətbuata belə hədə-qorxu gəlir...
- Biz konkret ad çəkməyəcəyik, ancaq yaxın vaxtlarda həmin insanlar ifşa olunacaq...
- Bir də deyirəm, kiməsə tapşırıqla sizə qarşı iş gördürmüşəmsə, bunu sübut edin, mən kişi sözü verirəm, həmin dəqiqə ərizəmi yazıb, vəzifəmdən istefa verəcəm.
- Mətbuat istintaq orqanı deyil ki, sübut-dəlillə danışsın. Biz yalnız faktla danışmalıyıq, bunu da mətbuat xidmətinizə bildirmişik. Yaxın vaxtlarda məqamı yaxalayıb, bu çirkin niyyətli insanları ifşa edəcəyik, siz də bir tədbir görərsiz...
- Bəli, mən bunu etməyə hazıram!
- Əgər suallara cavab verməyə hazır olduğunuzu deyirsizsə, bir sualımıza səmimi cavab verin: Sizin mətbuatda "muzdlu" jurnalistləriniz varmı?
- Ən müqəddəs varlıqlara and içirəm ki, yox.
- Bizdə bu barədə məlumat var...
- Mən sizdə günah görmürəm, bunu bilərəkdən edən insanlar var. İstəyirlər ki, Ramin Musayevin adı pis çıxsın. Amma mən təmiz insan olduğumu hamıya sübut etməyə hazıram.
- Kimdi buna maraqlı?
- O qədər pisniyyətli insanlar var ki...
- Efirə çıxacaqsızmı?
- Sizin mənə nə sualınız olsa, buyurun, cavab verərəm. Amma hələlik işlər o qədər çoxdu ki, efirə çıxmağa vaxt da yoxdu. Kim də düşünürsə ki, Ramin Musayev qorxdu, debata gəlmədi, elə deyil.
- Bəs ictimaiyyətin bilmək istədiyi bəzi şeylə var, onlara kim aydınlıq gətirəcək?
- Bütün məsələlərə yaxın vaxtlarda PFL-lə jurnalistlər arasında keçiriləcək geniş bir görüşdə aydınlıq gələcək.
- Siz əmin edirsiz ki, bu görüş alınacaq və faydalı olacaq?
- Mən bilirəm, orda nə müzakirə olunacaq və görüş necə keçəcək.
- Amma efirə çıxmaqla jurnalistlərlə görüş keçirmək tamam ayrı şeylərdi...
- Bəli, düz deyirsiz. Nə vaxtsa efirə də çıxarıq.
- Uğurlar!
- Sizə də. Görüşdə sizi mütləq gözləyirəm.


oxunma sayı: 963 | Paylaş:




?>