')

Bu gün:


FutbolPress.Az | JURNALİSTLƏRDƏN JURNALİSTLƏRƏ DƏSTƏK!

JURNALİSTLƏRDƏN JURNALİSTLƏRƏ DƏSTƏK!


oxunma sayı: 560 Paylaş:

FutbolPress: "Futbol saatı! verilişindəki çağırışdan sonra bəzi adamların Ramin "dayılarının" yanında öz sədaqətlərini göstərmək üçün Elçin Cəlilovla Nail Nurəddinoğlunu təhdid etməsindən xəbəriniz var. Jurnalistlərin özlərinin dediyinə görə, bu cür telefon zəngləri artıq səngiyib.

«Təhdidə son!» çağırışından sonra jurnalistlər təhdid olunan həmkarlarının müdafiəsinə qalxıblar. Konkret Saleh Arslan başda olmaqla Korner.az saytı və Erkin İbrahimovun simasında azerifootball.com saytı əsl həmrəylik nümayiş etdiriblər.

Biz - ultrasport.az və futbolpress.az saytlarının adından həmkarlarımıza və təmsil olunduqları mətbu orqanlara təşəkkürümüzü bildiririk. Yaşasın müstəqil mətbuat, sağ olsun azad jurnalistlər!
Aydın Bağırov da Qol.az saytında jurnalistlərə dayaq olmaq qərarına gəlib.

Sözün düzünü deyən, futbol məmurlarına meydan oxuyan və buna görə təhdid olunan jurnalistlərə yox, Türkiyəyə, derbini izləməyə göndərilənlərə. Təzada bax! Keçi (lətifəsi jurnalistlərdən uzaq) can hayındadı, qəssab piy axtarır!

Düşünürük ki, Bağırov tələsib. Zamanı yamanca qabaqlayıb. Elə bil, camaat bu söhbətin «yeddisini» yola verib «qırxına» hazırlaşır axı, Aydın bəy! Operativliyinizə qüvvət!


oxunma sayı: 560 | Paylaş:




?>