')

Bu gün:


FutbolPress.Az | Kişilik sexi...

Kişilik sexi...


oxunma sayı: 1477 Paylaş:

FutbolPress
gunaytac@gmail.com

Mən Azərbaycan futbolunda saç ağartmış (kaftar özünsən) bir köşə yazarı kimi "Böyük oyun"u necə görürəm - yəqin olmayan yerdə, azı oxucularıma maraqlıdı. Niyə bu mövzuda yazıram? Çünki futbola marağım da bu oyunla bağlıdı. 2008-də "Futbol-Press" qəzetiylə əməkdaşlığa başlayanda oyunlara da getməyə başlamışdım. İlk oyun da elə "Neftçi" - "Xəzər Lənkəran" olmuşdu. Ondan sonra əksər vaxt bu haqda nəsə yazıram.

Mən bu oyunu Azərbaycan futbolunun "güzgüsü" sayıram. Bütün yaxşı və pis cəhətləri burada cəmlənib, otur tamaşa elə. Axırıncı oyunda bunu özüm də gördüm.

Qaynatam Cənub bölgəsindəndi və aydındı ki, "Xəzər Lənkəran" "xəstəsidi". Elə bu məqamda bir şeyi deyim, mən görürəm ki, "Neftçi"ni sevənlər "Xəzəri" sevənlərdən daha çox çox sevə bilmirlər. Mən belə görürəm bunu...

Keçək oyuna. TV-də baxır bütün ailə. Mən də məcburam. Əvvəlki şıltaqlıqdan əsər-əlamət yoxdu. Sizinlə zarafatyana yaza bilmirəm. Ciddi-ciddi deyəcəm ki, Mirça Rednik taktiki oyunuyla "Neftçi"ni yerində oturtdu.

Açığı, oyunun baş hakimi Anar Salmanovun nəyə görə qınandığını bilmirəm. Çünki mənim gözümdə, hakim səhvi yox idi. Penalti niyə var idi və ya niyə yox idi - dəqiq deyə bilmərəm.

Mənə maraqlı bilirsiz nədi?

Oyundan sonra qəzetlərdə çıxan köşələr. Deyəsən qəzetlər həqiqətən saytların kölgəsində qalmqadadı. Elektron KİV-in yazarları fikirlərində müasir, operativ və liberaldılar (axırıncının nə olduğunu hələ özüm də bilmirəm). Məsələn, bütün saytlara baxdım, oyunda problemlər nə idi; adam dilində açıb göstərmişdilər. Ancaq qəzetlərə baxıram: KİŞİlik sexinin qızğın fəaliyyəti gedir...

Qəzetlərdə Anar Salmanova kişi olduğu xatırlanır, bu məsələyə görə düzgünlüyə tüpürməsini "dar ağacı" ilə "möhürləyirlər".

Ay kişilər, qanun hara, kişilik hara? Bu nə idbar (guya zor sözlər işlədirəm), geridəqalmış düşüncədi. Anar, sən kişisən! Yox ee... Sən Allah! Doğrudan?

- Hə, əziz jurnalistlər, mən kişiyəm, noolub ki? Nəsə lazımdı?

Cavab verin. Neyləsin?

İdman mətbuatında yazmağa başlayandan - 2007-dən (yadınıza gəlirmi, "Het-Trik"də məni oxuyanlar, sevirəm sizi) bu yana bu KİŞİLİK sexinin əməkdaşları elə hey yazır. Baş məşqçi uğursuzluğa düçar olur, kişilikdən yazırlar, klub səhvə yol verir, kişilik... Ay kişi, bu nə təfəkkürdü?

Natiq Muxtarlı da yazıb da kişilikdən. "Papaq" yazısı. Burda publisistika var, yazıda jurnalistin fikir  manevrləri (manevrimi gördüz?) var. Yəni yazarın yazı oyunudu bu. Ancaq bir də var, kişilik vay-şüvənliyi. Ətin tökülsün, Veysəl!

Bir janr da var. "Övladlarına, nəvələrinə, ailənə..." janrı. Bu janrdan bəhrlənən yazar Anar Salmanova, Xaqani Məmmədova və s. başa salmaq istəyir ki, sən bu səhvi elədin məsələn, gələcəkdə övladına, nəvənə, ailənə nətər başa salacaqsan və s. iyrənc təfəkkür.

Təbii ki, Anar və Xaqani və s. möhtərəmləri də öz fikrində özlərini düzgün sayırlar, beləcə deyirlər, jurnalist nə yazır yazsın, cəhənnəmə ki... Ancaq beləsinə qanun-qayda, səhvini başa salmaq olsa, başa düşərlər ki, hansı yerdə problemləri var, bəlkə çalışdılar ki, düzəltsinlər o yönlərini. Yaxud düzəltdilər...

Mənə qalsa, sudyalıq heç kişilik deyil. Kişilik də sudyalıq deyil.

Yazarın bütün yazıları

oxunma sayı: 1477 | Paylaş:




?>