')

Bu gün:


FutbolPress.Az | JURNALİSTLƏRİ RAMİN MUSAYEVİN ADINDAN TƏHDİD EDİRLƏR

JURNALİSTLƏRİ RAMİN MUSAYEVİN ADINDAN TƏHDİD EDİRLƏR


oxunma sayı: 2511 Paylaş:

«Xəzər TV»də gecə efirə gedən «Futbol saatı» verilişində futbolpress.az saytının baş redaktoru Elçin Cəlilov və ultrasport.az-ın baş redaktoru Nail Nurəddinoğlu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevi efirə çıxmağa və debata qoşulmağa dəvət ediblər. Jurnalistlərin hər ikisi hesab edir ki, Musayev haqda mətbuatda və ümumiyyətlə, futbol ictimaiyyətində gəzən xoşagəlməz söhbətlər barədə birbaşa efirdə aydınlıq gəlməyi faydalı olar. Ancaq görünür, Musayevin "vəkilləri" belə düşünmürlər. Musayevin özünün isə bu barədə hansı fikirdə olduğu naməlumdu.

Deməli, efirə çıxıb nəyəsə aydınlıq gətirməyə cəhd etmək "Sən kimə işləyirsən..."  və ya "İstəsək, səni şərləyərik..." kimi təhdidlər hesabına başa gəlir?!
Hörmətli Ramin müəllim, özünü sizin adamınız kimi təqdim edən bəzi şəxslər bizə zəng vurub hədə-qorxu gəlirlər. Biz ümumiyyətlə, bu söhbətlərdən Ramin Musayevin xəbərsiz olduğunu düşünürük və ona bu barədə məlumat verməyi özümüzə borc hesab eləyirik. Əslində, elədik və dedik. Ramin bəy bu barədə tədbir görməsə, hüquq-mühafizə orqanlarına bildirəcəyik.

Qoy heç kim heç kimin hörmətini xərcləməsin! Belə işlər xahiş-minnətlə düzəlmir, hədə-qorxuyla heç həll olunmur. Sözü olan varsa, buyursun efirə. Qoy hamı kimin qabında nə olduğunu bilsin!
Ramin müəllim, bu insanlar sizi hörmətdən salırlar. Sözünüz, etirazınız varsa, növbəti həftənin ilk günü efirdə görüşənədək! Gəlməsəz, küsərik, biz də gəlmərik.


oxunma sayı: 2511 | Paylaş:




?>