')

Bu gün:


FutbolPress.Az | PRESSinq 

PRESSinq 


oxunma sayı: 855 Paylaş:

FutbolPress
aliyev.xandan@gmail.com

Surəti Əflatun Amaşova

Son günlər idman mətbuatında böyük canlanma müşahidə olunur. "Böyük oyun" elə özü boyda söz-söhbətlər, mübahisələr, müzakirələrlə fərqlənir. Hadisələrə seyrçi mövqedə duranlar var, obyektiv-subyektiv fikir bildirənlər, radikal tərəf və s. Hər yönüylə söz, çəkişmə, haçalanan fikirlər...

Oyun ətrafında olaylarla əksəriniz ətraflı tanışsız. "Xəzər Lənkəran" kubok qarşılaşmasında prinsipial rəqibi "Neftçi"ni məğlub eləsə də, hakimlikdən narazılığı, qarşı tərəfin bu iddiaları rədd etməsi, AFFA və PFL-in isə məsələyə qıcıqlandırıcı münasibəti "zəlzələ" effekti yaradıb.

"FutbolPress" bu günlərdə bütün tərəflərin mövqeyini işıqlandırdı, eyni zamanda gündəmin əsas mövzusuna önəmli nöqtələrdən yanaşdı. Düzdü, aqressiya, şiddət var münasibətimizdə, ancaq insanlar bu günlərdə redaksiyamıza saysız zənglər edir, təşəkkürünü bildirir. Haqsızlıqla üzləşən narazı kütlə mənfi emosiyalarını yazılarımızı oxuduqdan sonra tərk edirsə, bunun adı jurnalistikadı.

Aqressiya, şiddət... Nəzəriyyədə tövsiyyə olunmasa da, hər bir nəzəri cəhətin bir də praktik yönünü önəmsəməliyik; bəllidi.

Təsəvvür edin, məhlənizdə zibil yığılıb, taya əmələ gətirib. Əvvəlcə MKİS-ə sivil qaydada müraciət edirsiz. Əməl edən yoxdu. Sonra şikayət edirsiz. Faydası olmur. Daha sonra ərizə-filan. Yenə çarə edən olmur. Sonda nə edirsiz? Ya məhlə sakinləri aksiya edir, mitinqə çıxır, ya da el diliylə desək, "Ayenes-ə şikayət" və s.

Paralelimiz budu. AFFA və PFL-ə problemi bütün istiqamətləriylə yazıb, göstəririk. Nəticədə tam əksinə qərar verilir və inadla obyektivlik gözardına vurulur. Və bu hal dəfələrlə təkrarlanır bunadək. Məntiqi davamı nədi?
Yenə yazırıq, daha sərt.
Bu dəfə yazdıqlarımız başqa mərhələdə olur - radikal, aqressiv. Jurnalistikanın "Press" nişanı - təzyiq deməkdi. Yəni jurnalist gördüyü, qarşılaşdığı fakta yanaşmasıyla problemin həlli üçün arqumentləriylə təzyiq etməyi bacarmalıdı. Təbii ki, peşəkar tərəfləriylə.
Biz təzyiq edə bilirikmi?

İdman mediasında vəziyyət ürəkaçan deyil. Mətbuat Şurası, məsələn, "reket" qəzetlərin siyahısını açıqlamaqla işini bitmiş saymamalıdı. Qurum idman mətbuatını tamamilə unudub. Anlaşılandı, cəmi 6 qəzet var, onların da genişmiqyaslı monitorinqinə ehtiyac olmaya bilər. Ancaq son 2-3 ildə idman mediasında "elektronlaşma" prosesi vüsət alıb, bəs bunun mənfi-müsbət tərəfləri necə müəyyənləşdirilsin?

Araşdırma aparılmalıdı, niyə burada vəziyyət belədi? Elektron KİV haqqında qanun olmadığı üçün MŞ-ni də başa düşmək olar. Ancaq təftiş istənilən halda lazımdı.

20-yə yaxın sayt nə cür prinsiplərlə fəaliyyət göstərir, maliyyələşmə, peşəkarlıq normaları, prinsiplərinə nə dərəcədə əməl olunur və s. cari məslələri MŞ araşdırmalıdı. Bu, təxirəsalınmaz tədbirdi.

Son olaylar bir daha göstərdi ki, artmaqda olan saytların əsas bir məqsədi var - futbol klublarından "hansısa vasitəylə" reklam almaq. "Reklam bumu"nun, çoxalmasına səbəb olduğu elektron idman mediası təkcə futbol təsərrüfatında mətbuatın yükünü ortaya qoya bilmir.

Səbəb yenə "reklamlardı". Bu reklamlar hansı şərtlərlə verilir, maliyyələşən sayt sonrakı fəaliyyətində hadisələrə hansı yöndən "müdaxilə" edir? Bütün bu suallar getdikcə daha da aktuallaşır. MŞ diqqət ayırmalıdı.

"Böyük oyun"dan sonra yaranan vəziyyət bir daha aydınlaşdırdı ki, idman mediasında "qütbləşmə" var. Çox az sayda qəzet və sayt obyektiv olur. Əksəriyyət "reklam mənbəyinin" istəyinə xidmət edir.

Hətta bəzi saytlar arasında "yabalaşma" səhnəsi yaranır. Məqsəd istənilən halda çirkin məntiqə söykənir - reklam aldığı klubun mövqeyini müdafiə etmək. Məsələ bundadı ki, hansı əsaslarla; araşdırmaya ehtiyacı var bu prosesin.

İdman mətbuatı "PRESS" rolunu oynaya bilmir. Buna mane olan səbəblər mütləq aydınlaşmalıdı. Bu anormal hal yalnız "reklamla yaşayan saytların" obyektiv və peşəkarlara qarşı belə məqamlarda "hücumuna" zəmin yaradır. Elə "FutbolPress" də bütün digər saytlar kimi, "reklam"la dolanır, ancaq istənilən halda şəffaflıq üçün MŞ-nin bu prosesə müdaxiləsinin tərəfdarıdı.
Çağırışa qoşulaq!
Şəffaflıq olmasa, cəmiyyət "güzgümüzə" baxmayacaq, özünü görə bilməyəcək.

Yazarın bütün yazıları

oxunma sayı: 855 | Paylaş:




?>