"KAPİTAL BANK U-15"İN PÜŞKATMA MƏRASİMİ KEÇİRİLİB
Paylaş:
FutbolPress: "Kapital bank U-15" liqasının püşkatma mərasimi keçirilib. AFFA-nın inzibati binasında təşkil olunmuş mərasimdə assosasiyanın baş katibi Elxan Məmmədov, "Kapital Bank"ın nümayəndəsi və digər AFFA rəsmiləri iştirak ediblər. «Kapital Bank U-15 liqa»da 19 komandanın mübarizə aparacağını qeyd edib. "Kapital Bank"ın Strateji İnkişaf və Marketinq Departamentinin direktor müavini Nazim Səfərov təmsil etdiyi bankın AFFA ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini, «Kapital Bank U-15 liqa»da çıxış edəcək uşaqlar arasında istedadlı futbolçular yetişəcəyinə ümidvar olduğunu bildirib. Veteran futbolçu Nazim Süleymanov «Kapital Bank U-15 liqa»da çıxış edəcək komandalara və bütün futbolçulara uğurlar arzulayıb. A qrupu "Bakı-2" - "Xəzər-Lənkəran" B qrupu Təhsil (Bakı) - Təhsil (Sumqayıt)
Uşaq və Gənclər Futbolunun Tərəqqisi və Turnirlərin Təşkili Şöbəsinin rəhbəri Bəhruz Əsgərov püşkatma ilə bağlı məlumat verdikdən sonra püşk atılıb.
Noyabrın 12-də keçiriləcək birinci turda, püşkün nəticəsinə əsasən, komandalar aşağıdakı qaydada qarşılaşacaq:
"Olimpik-Şüvəlan" - MKT Araz
"Sülh" - "Standart"
"İnter" - "Simurq"
"Neftçi" İSM - "Muğan"
Qarabağ - Qəbələ
Vətən - Karvan
Neftçi - Turan
1-ci turda B qrupunda Bakı-1 komandası istirahət edəcək.
| Paylaş: