Rövnəqşünaslıq
Paylaş:
Erkin İbrahimov, Natiq Muxtarlı, Sənan Nəcəfov, Şahin Oğuz, İlkin Vidadioğlu bu gün bir yerdəydik və birlikdə uzun sürən müzakirələrdən sonra qərara aldıq ki, 99 yox, 100 faiz Azərbaycanda futbol olmayacaq. Rövnəq Abdullayev Elxan Məmmədovun onun qulağına pıçıldadığını deyib, özünü camaata güldürürsə, bunun adı biabırçılıqdı, əzizlərim. O gündən yazmışam, demişəm, Xaqani Məmmədov verilişdə deyirsə ki "Bakı" "altılığ"a düşməsə faciə olar" - bunun adı rüsvayçılıqdı. O komitə sədri kimi nəyi danışmaq olar, nəyi olmaz - ayırd edə bilmirsə, onda Anar Salmanovun "Xəzər Lənkəran"ın belinə minməsini normal qarşılamağa haqqımız var. Hələ durub deyin ki, orda Salmanov düz idi, əyri idi, perpendikulyar, şaquli və s. Salmanov, Xaqani Məmmədovdan daha yaxşı hakim idin, bunu üzüvə demişdim. Sən bunu xaricdə də sübut edə bilərdin, ancaq elə o Xaqani qoymadı bunu. Səni də Babək və Niyazov Anar kimi siyahıdan sildilər. Keç bu tərəfə... Rövnəq Abdullayev "yaxşı insandı", səni müdafiə elədi. Rövnəq Abdullayev əla insandı. Rövnəq Abdullayev zordu, gözəldi, əntiqədi, pakizədi. Rövnəq Abdullayev deyir ki, Anar Salmanov düzgün hakimlik eləmişdi. Hörmətli Rövnəq bəy, penalti neçə metr olur? Bilirsiz? Nəyə gülürsən oxucu qardaş? Bilmir də adam. AFFA prezidenti olmaqla deyil ki. SOCAR prezidenti olmaqla futbolu bilmək eyni şey deyil ki. AFFA-nı ona veriblər ki, get, neft pullarını ora da xərclə. O bilmir futbol nədi, onunku xərcləməkdi. Yəni o, pul çantasıdı, ağıl yox... Gör bu ölkə nə günə qalıb. Adi yerindən duran bir jurnalist də (tutalım, elə mən) Rövnəq əmini biabır edir! İlahi, daş tök bu ölkənin başına! Niyə də, niyə?! Niyə futboldan sıfır də bilmirsən, ancaq AFFA prezidenti olursan. Niyə?! Axı bu ölkədə bu işi əla bacaracaq və KİŞİ kimi işləyəcək insanlar da var. Niyə əl çəkmirsən? Niyə imkan vermirsən o adamlar işləsinlər. Elxan Məmmədov baş katib təyin olunanda yazmışdım ki, ölkə futboluna yeni düşüncə gəlir. Heç zəhrimar da gəlmədi. Həmin Məmmədov Rövnəq əminin qulağına yalan pıçıldamaqdan yaxşı heç nə bacarmır. Mən bilirəm ki, Elxan Məmmədov yalanlarını, hoqqalarını ört-basdır etmək üçün bir neçə saytı maliyyələşdirir. Onların vasitəsilə özünə bəraət qazanır, guya... Yalandı Məmmədov? Görürsənmi, hamını almaq mümkün deyil. Görürsənmi, satılmayanlar da var və insanlara həqiqəti çadırırlar. Əsəbləşirsən bu sözlərimdən? Reklamlarımızı kəsdir! Səninkimilərin əlindən bundan artığı gəlmir. Sizinkimilər bizi reklam kəsməklə məğlub edə bilməzsiz! Yalan deyirəm, Məmmədov? Hünərin var, çıx de, yalandı! Səni bütün vücudunla "lexus"uvun təkərinə sürtərlər həqiqət carçıları. İcraiyyə Komitəsinin iclasından sonra mətbuat konfransında deyəsən ki, Rednik mentalitetimizə uyğun davranmayıb, onu cəzalandırmaq lazımdı; bütün cəzaları da PFL-ə tapşırasan, bu çobanlıq peşəsinin deyim, ənənəsinin deyim, mədəniyyətinin deyim, nə deyim; inkişafı deməkdi. Ay Rövnəq əmi, dayan eee! Nə danışırsan? PFL-in kimisə cəzalandırmaq ixtiyarı yoxdu axı. Bilmirsən? Get Ramin Musayevdən soruş. Biz bu illər ərzində birtəhər onu qayda ilə qanunun nə olduğunu ayırd etməyi öyrətmişik. Soruş, bəlkə bildi... Son vaxtlar nəsə çox diplomatik danışmağa başlayıb. Savadını artırıb, P.S. UEFA prezidentinin müşaviri Paskal Torres AFFA-nı təriflədiyi üçün ona 15 min manat pul, at və balıq kürüsü hədiyyə ediblər. Biz yeganə xali-məxluq olduq ki, avropalını da rüşvətə öyrəşdirdik. Rövnəq əmi, rüşvət mədəniyyətimizin inkişafında qayğılarınıza görə sizə heç nə... medal düşür!
Bəs kimin ixtiyarı var?
Bilmirəm, Rövnəq əmi, sənsən də AFFA-nın prezidenti, get axtar görüm, kimin ixtiyarı var.
| Paylaş: