')

Bu gün:


FutbolPress.Az | İNTİZAM KOMİTƏSİNİN İNTİZAMLI "YIĞIMI"

İNTİZAM KOMİTƏSİNİN İNTİZAMLI "YIĞIMI"


oxunma sayı: 681 Paylaş:

FutbolPress: AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Muğan»-«Turan» oyununda "Turan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 55-ci dəqiqəsində "Muğan"ın futbolçusu Vüsal Hüseynov rəqibini vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub 2000 manat cəriməyə məruz qalıb.

Oyunun 63-cü dəqiqəsində "Muğan"ın futbolçusu Miloş Zeçeviç idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırlldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Qarşılaşmanın 81-ci dəqiqəsində "Turan" klubunun futbolçusu Hafiz Əliyev rəqibini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanmaqla yanaşı, klub da 2000 manat cərimə ödəməli olacaq.


oxunma sayı: 681 | Paylaş:




?>