')

Bu gün:


FutbolPress.Az | TFF KÜRD KLUBUNA CAVAB VERDİ

TFF KÜRD KLUBUNA CAVAB VERDİ


oxunma sayı: 750 Paylaş:

FutbolPress: "Diyarbəkirspor"un Superliqada yaratmağa çalışdığı süni qalmaqal böyümək üzrəykən "beşikdəcə boğuldu". Bu barədə məlumat vermişdik ki, adıçəkilən klub hakimlər və ümumiyyətlə, futbol ictimaiyyəti tərəfindən təzyiqlərə məruz qaldığı üçün Superliqada çıxışılarını dayandırmaq qərarı verdiyini açıqlamışdı.

Amma tez bir zamanda hadisələr tamamilə əks istiqamətə dəyişdi: klub bu qərarından anlaşılmaz şəkildə vaz keçərək, hədəfi başqa tərəfə yönəltdi. Bu dəfə son turda "Gənclərbirliyi" matçında özlərinə qarşı "Rədd olsun PKK!" sloqanlarının stadionda nümyiş olunduğu , plakatlarda "Diyarbəkirspor"a siyasi təzyiq üçün müxtəlif çağırışlar nümayiş edildiyi iddiası qaldırılıb.

Məhz bu məqamda Türkiyə Futbol Federasiyası (TFF) və Türkiyə fubol ictimaiyyəti ittihamlara reaksiyasını bildirib. Belə ki, qonşu ölkə mətbuatının verdiyi son məlumatlara görə, TFF "Diyarbəkirspor"un prezidenti Çətin Süməri hakimləri əsassız ittiham etdiyi üçün maliyyə cəzası gözləyir, ya da klub ümumilikdə cərimə olunacaq.
Məlum olub ki, siyasiləşmiş klubun prezidenti "Rədd olsun PKK" çağırışlarına görə, TFF-ə şikayət ərizəsi ünvanlayacağı ilə bağlı mətbuata verdiyi açıqlamasını da tez bir zamanda təkzib edib.

Bu arada maraqlı bir olay baş verib: klubun növbəti tur "Qalatasaray"la oyundan imtina etmək qərarı Diyarbəkir ictimaiyyəti tərəfindən kütləvi etirazla qarşılanıb. Vilayətin ziyalı təbəqəsi mətbuat vasitəsiylə olaylara münasibət açıqlayır, klub rəhbərliyinin qərarlarına etiraz etdiklərini bildirirlər. Hətta komandanın baş məşqçisi Ziya Doğan da prezidentin qərarının yalnış olduğunu bildirib: "Əvvəlcə elə bildim, Sümər bəy əsəbi halda olduğu üçün belə danışır, amma sonra aydın oldu ki, hər şey ciddidi. Mən ona bu qərarların yalnış olduğunu, kluba heç bir fayda verməyəcəyini bildirmişəm".

Maraqlıdı, klubun prezidenti bu canfəşanlığa niyə meyllidi? Siyasi olayları diqqətlə araşdırsaq, məlum olar ki, PKK-nın ideoloqu Abdullah Öcalan barədə söz-söhbətlər intensivləşəndə "Diyarbəkirspor" mütləq şəkildə Superliqada süni qarmaqarışıqlıq yaradır. Bunda da daha çox prezident Sümər maraqlıdı.

Ötən il "Fənərbağça"yla oyunda azarkeşlərin meydana atdığı yad əşyalar və siyasi çağırışlar klubun böyük məbləğə cərimə olanmasıyla nəticələnməliydi, amma son anda TFF məsələyə həssas yanaşaraq problemi sülhlə həll etməyə nail olmuşdu. Amma görünür, bu dəfə TFF də məsələnin süni şəkildə şişirdilməsi qarşılığında susa bilmədi.

Qeyd edək ki, yenə Öcalan mövzusu Türkiyə mətbuatını zəbt edib. PKK-çının gizli planlar ötürdüyü barədə sızan məlumatlar müxtəlif formalarda təqdim olunur. Belə bir situasiyada Diyarbəkir vilayətinin yenidən aktivləşməsi gözlənilir. Son "Qaziantəpspor" matçında "Rədd olsun PKK!" çağırıları əks həmləyə məruz qala bilər...


oxunma sayı: 750 | Paylaş:




?>