')

Bu gün:


FutbolPress.Az | "QARABAĞ" GERİLƏYİB

"QARABAĞ" GERİLƏYİB


oxunma sayı: 642 Paylaş:

FutbolPress: Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ənənəvi olaraq dünyanın ən güclü klublarının reytinq cədvəlini açıqlayıb. İFFHS-ın siyahısındakı Azərbaycanın yeganə təmsilçisi "Qarabağ" bir ay əvvəlki ilə müqayisədə geriləyib.

Hər ayın əvvəlində açıqlanan cədvəldə sonuncu dəfə 259-cu olan Ağdam klubu hazırda 263-cü yerə şərikdir. Hesabında 76 xal olan Qurban Qurbanovun yetirmələri İspaniyanın "Sportinq" (Xixon), Fransanın "Loryan" və İngiltərənin "Uiqan" klubları ilə eyni göstəriciyə malikdir.

İFFHS-in reytinq cədvəlinə yenə "Mançester Yunayted" başçılıq edir. İngilislər 326 xalla ən yaxın izləyicisi olan İspaniya "Barselona"nı (298 xal) qabaqlayır. Üçüncü pillənin sahibi isə dəyişib. Növbəti sıçrayışa imza atan Ukrayna "Şaxtyor"u xalların sayını 293-ə çatdıraraq, İngiltərə "Çelsi"sini 3-cü pillədən sıxışdırıb.

 


oxunma sayı: 642 | Paylaş:




?>