')

Bu gün:


FutbolPress.Az | KÜRDLƏRİN KLUBU DAĞILIR

KÜRDLƏRİN KLUBU DAĞILIR


oxunma sayı: 771 Paylaş:

FutbolPress: Türkiyə Superliqasında çıxış edən "Diyarbəkirspor" bu ölkənin ən qalmaqallı klubu sayılır. Bu klubu gah PKK-çıların dəstəyi, gah da kürd separatçılarının himayəsində olduğu bildirilir- ancaq daha çox ikinci variant üzərində dayanılır.

Mahiyyətcə siyasiləşən bu kluba maksimum nəzakətlə yanaşmağa çalışan Türkiyə Futbol Federasiyası (TFF) səy göstərirr ki, komandanın "ev oyunlarında" olay çıxmasın. Bildirək ki, klubun azarkeşləri Türkiyənin qərbindən olan bütün rəqibləriylə doğma meydanda keçirilən matçda həddindən artıq aqressiv davranırlar. Bunun da bəlli səbəbi var, Türkiyənin qərbində radikal kürdlərə və PKK-ya münasibət bəllidi, ona görə də, hər oyunda hansısa xoşagəlməz hal yaşanır.

Dünən klubun prezidenti Çətin Sümər "Qaziantəpspor"la oyundakı məğlubiyyətdən sonra mətbuata şok açıqlama verib: "Komandamızın haqlı olduğu məqamlarda belə, təzyiqlər davam edir. Biz səfər qarşılaşmalarında layiq olduğumuz xallardan qəsdən məhrum edilirik".

Oyunsonrası mətbuat üçün gözlənilməz olan bu açqılamada bir neçə sualı cavablandıran klub rəsmisi onlara qarşı olan təzyiqlərin qarşısında tab gətirə bilmədiklərini və Superliqadakı çıxışı dayadırmaq qərarı verdiklərini açıqlayıb: "Hələ mövsümün əvvəlindən bizə Superliqanı tərk edəcək komanda mövqeyindən yanaşırlar. Ancaq futbolçularımızın əzmi qırılmadı. Bunu görənlər daha da geniş təsir imkanlarını istifadə etməyə başladılar, indi masa ətrafında komandamıza qarşı siyasi "ssenarilər" cızılır. Əllərindən gələni edirlər ki, Superliqada oynamayaq. Biz də belə bir münasibətin qarşılığında kifayət qədər dirəniş göstərsək də, artıq gücümüz tükənmək üzrədi, ona görə də bu siyasi "oyunlara" etirazımızı çempionatdakı çıxışımızı dayandırmaqla bildiririk".

Ç.Sümər TFF-in bu problemi araşdıracağına inanmadığını bildirib: "Bu TFF-lik iş deyil, məsələlər daha yuxarıdan idarə olunur. Biz bu addımı atmaqla beynəlxalq ictmimaiyyətə də çatdırmaq istəyirik ki, hansısa siyasi problemlərə görə bir futbol komandası hədəfə alınıb".

Maraqlıdı, TFF hələ də məsləyə münasibət bildirməyib. Həm də maraqlı bir araşdırma edən türkiyəli həmkarlarımız açıqlayıblar ki, məsələyə KİV tərəfindən də ikilir yanaşma var. Bızi KİV-lər problemi araşdırmağa səy göstərsə də, böyük əksəriyyəti problemə biganə yanaşır.

Türkiyə hökumətinə qarşı sərt ittihamlar səsləndirən Sümər hazırda mətbuatın məsələni araşdırmaılmasında kömək edəcəyi barədə verdiyi sözə əməl etmədiyi də bildirilir.
Hər halda, bilinən odu ki, Türkiyənin cənub-şərqi bütün tərəfləriylə hökümətə təhlükə mənbəyidi. Həssas məslələrə yanaşma da həssaslıq tələb edir. Məsələnin nə cür davam edəcəyi də çox maraqlıdı. Bu barədə ən dəqiq informasiyaları yalnız bizdən öyrənə bilərsiz.

 

 


oxunma sayı: 771 | Paylaş:




?>