SKULİÇ FOQTSDAN TƏKLİF GÖZLƏYİR (MÜSAHİBƏ)
Paylaş:
"Azərbaycan millisində oynamaq mənim üçün şərəf olar..." Ötən ay topuq nahiyəsindən əməliyyat olunan "Bakı"nın xorvatiyalı yarımmüdafiəçisi Ernad Skuliç "Toplu Bakı" jurnalına müsahibə verib. "Kumir" rubrikasının "qəhrəmanı" uşaqlıq illərini, futbolda keçirdiyi ömür yolunu bir daha xatırlayıb. - Əməliyyatdan sonra özünü necə hiss edirsən? - "Kumir" seçdiyimiz futbolçunun futbola necə gəlişi barədə ənənəvi sualı bu dəfə sənə ünvanlayırıq. - Ötən əsrin 90-cı illəri Balkanlar dünyanın ən qaynar nöqrələrindən birinə çevrilmişdi... - Uzun illər ərzində yetirməsi olduğun Zapreşik "İnter"ındə oynadın, hətta onun kapitanı da oldun... - Xorvatiyadakı karyeranla bağlı ən yaddaqalan uğurun hansı olub? - Necə oldu ki, Azərbaycana gəldin? - Səhv etmirəmsə, həmin vaxt "İnter"in baş məşqçisi Curo Baqo sənin ilk müəllimin olub... - Xorvatiyada yetərincə tanınmağına baxmayaraq, nədənsə heç vaxt milliyə cəlb edilməmisən. - Üç ildən çoxdu ki, buradasan. Təklif olarsa Azərbaycan millisinə kömək edə bilərsən? - Üç mövsümdü ki, Azərbaycan liqasında top qovursan. Bu illər ərzində futbolumuzda yer alan hansı dəyişiklikləri qeyd edə bilərsən. - Səni tez-tez bazada uşaqların əhatəsində görürük. Fürsətdən istifadə edərək həm "Bakı"nın həm də digər klubların uşaq futbolunda futbol oynayan uşaqlara tövsiyyələrini bölüşərdin.
- Əməliyyat uğurlu keçdi. Özümü yaxşı hiss edirəm. Bir həftədən sonra məşqlərə başlayacağam.
- Xorvatiyada futbol çox populyardır. Hər bir məhəllədə, məktəbdə futbol meydançaları var. Uşaqların çoxu, məhz, bu idman növünə həvəs göstərdiyi üçün bizim ölkənin yığması dünyada ən güclülərdən biri hesab edilir. Futbola gəlişimi indiyə kimi unutmuram. O zaman on yaşında idim. Zapreşik adlı balaca şəhərdə yaşayırdıq. Hər günümüz uşaqlarla futbol oynamaqla keçirdi. Məhəlləmiz çox kasıb idi. Uşaqların, demək olar, hamısı futbol məktəbinə yazılmışdı. Bir gün mən də evdən xəbərsiz uşaqlarla getdim futbol məktəbinə. Müəllim məni meydançada yeni gələnlərlə birgə ayrıca məşq etdirdi. Ertəsi gün isə əsas qrupa saldı. Bundan sonra atam mənə lazım olan ləvazimatları aldı. Müharibədən sonra ilk dəfə idi ki, bu qədər sevinirdim.
- Yuqoslaviyanın dağılması nəticəsində bu birliyə üzv olan bütün dövlətlərdə müharibələr baş verirdi. Biz əslən Bosnyadanıq. Orada baş verən dəhşətli müharibə nəticəsində evimizi tərk edib, Xorvatiyaya üz tutmuşduq. Atam müharibədən əvvəl Zaqrebdə işlədiyi üçün bizə burada məsgunlaşmaq çətin olmadı. Müharibə qurtarandan sonra da Bosnyada vəziyyət acınacaqlı olduğu üçün bir daha oraya qayıtmadıq. Xorvatiyada da həmin vaxt müharibə baş vermişdi. Lakin onlar çox az itgi vermişdilər. Şəhərlərdə təlafat və dağıntı demək olar olmamışdı. Buna görə də bu ölkə tez bir zamanda inkişaf etdi. Bosnyada isə həyat indi-indi başlayır.
- On yaşımdan etibarən bu klubun sıralarına qatıldım. Biz demək olar hər il Avropanın müxtəlif ölkələrində təşkil edilən turnirlərə gedirdik. 15 yaşımda Almaniyada yeniyetmələr arasındakı turnirdə ən yaxşı futbolçu seçilmişdim. Mənə diplom da vermişdilər. 16 yaşımdan əvəzedici, bir il sonra isə "İnter"in əsas heyətində Xorvatiya liqasında oynamağa başladım. 18 yaşım olanda "İnter" yüksək liqaya vəsiqə qazandı. Burada Mahmud Qurbanov olduğu kimi bizim də komandada təcrübəli bir futbolçumuz vardı. O oynamayanda, kapitan mən olurdum. 23 yaşım vardı. O karyerasını bitirəndən sonra isə komandanın yetirməsi olduğum üçün məni əsas kapitan seçdilər. Həm də, komandada hər mövsüm futbolçular dəyişirdi, mən isə hər zaman komandada idim.
- Liqada ikinci yeri tutmuşduq. Həmin mövsüm UEFA Kubokunda mübarizə apardıq. Bu Azərbaycana gəlməmişdən öncə ən böyük uğurum idi. Bundan sonra Avstrya "Şturm"undan klubuma təklif gəlmişdi. Klub böyük məbləğdə ödəniş tələb etdiyi üçün avstyalılar bu transferdən vaz keçdi.
- Eyni klubda on ilə yaxın oynadım. Fikirləşdim ki, karyerama bir yenilik gətirim. Xorvatiyada futbolçular köçəri quşlara bənzəyir. Onlar bir neçə il oynayandan sonra xaricə "uçurlar". Bu hər bir xorvat futbolçunun arzusudu. Mənim də qismətimə "Bakı" düşüb. Gələn təklif ürəyimcə olduğunu "İnter"in prezidentinə söyləyəndə, öncə məni buraxmadı. Sonra isə fikrimin qəti olduğunu görüb razılaşdı. Futbol oynamağı öyrəndiyim, hər zaman evim hesab etdiyim "İnter"i tərk edib gəldim buraya.
- Bəli, mən ilk dəfə onun rəhbərliyi ilə uşaqlar arasında keçirilən yarışlarda iştirak etmişəm. On il sonra isə Xorvatiya liqasında da onun rəhbərliyi altında oynadım. O çox sərt məşqçi idi. Xüsusilə də, davamiyyətə fikir verirdi. Uşaqlarla çalışdığı vaxt biz hamımız ondan qorxuduq.
- Xorvatiyada milli komandalarda oynamaq üçün rəqabət olduqca yüksəkdi. Millinin əsas hissəsi Avropanın aparıcı liqalarında oynayan futbolçulardan formalaşdırılır. Azərbaycan liqasının reytinqi hələ ki o səviyyədə deyil. Yəqin bu səbəbdəndi ki, milliyə cəlb edilmirəm.
- Bu mənim üçün böyük şərəf olar. Hər bir futbolçunun uşaqlıq arzusu milli forma geyməkdi. Mən Azərbaycanı da özümə doğma yer hesab edirəm. Burada çoxlu dostlarım var. Azərbaycanlıları səmimiliyinə, qonaqpərvərliklərinə, mərdliklərinə görə çox sevirəm. Lazım olsam, borcumu bu şəkildə ödəyə bilərəm.
- 2007-ci ilə baxanda Azərbaycan futbolu yüksək sürətlə inkişaf edib. Liqada temp, yaxşı futbolçular və peşəkarlıq artıb. Elə bizim kluba baxanda hər şey məlum olur. 2007-ci ildə Bakıda əsas komandanın məşq etməsinə normal meydança, ləvzimatlar çatmırdı. Bu futbolçuların buranı seçməyində də rol oynayırdı. İndi nəinki əsas hətta yeni yaradılan onlarla komanda üçün əla şərait yaradılır, böyük investisiyalar yatırılır. Bu çox önəmli faktordu. İnanıram ki, bu templə, 2-3 ildən sonra Azərbaycan klubları Avropa liqasının qrup mərhələsində oynayacaqlar. Mənim də ən böyük arzum bu mərhələdə oynamaqdı.
- Futbolçu olmaq üçün birinci əsas şərt intizamdı. Məsuliyyətli olmaq lazımdı. Məşqlərə vaxtı-vaxtında gəlib, məşqçinin verdiyi tapşırıqları sorğu-sualsız yerinə yetirmək çox vacibdi. Sizə bir sirr açım ki, məşqçilər, adətən, çox sula verən, məşqdə danışanları sevmirlər. Ona görə də boş-boş söhbətlə uymamaq, ancaq futbol barədə düşünmək lazımdı. Bütün bunlardan sonra fərdi istedad barədə danışmaq olar.
"Bakı" futbol klubunun, onun prezidenti Hafiz Məmmədovun uşaq futbolunun inkişafı üçün gördüyü işlər təqdirəlayiqdi. Bazada Akademiyanın yaradılması, uşaqlara qarşı olan xüsusi qayğı və diqqət klubun düzgün strategiya seçməsinin sübutudu. Tezliklə bizim futbolçular da Avropaya dəvət alacaqlar və Azərbaycanı təmsil edəcəklər. Tam səmimi deyirəm ki, "Bakı" Azərbaycanın bir nömrəli klubudu.
| Paylaş: