')

Bu gün:


FutbolPress.Az | PREMYER LİQANIN TARİXİ TURU (YENİLƏNİB)

PREMYER LİQANIN TARİXİ TURU (YENİLƏNİB)


oxunma sayı: 476 Paylaş:

FutbolPress: Futbol üzrə Azərbaycan çempionatının IX turu da başa çatdı. Filan bankın sponsoluğuyla daha da mənasını itirən çempionatın oyunlarına heç TV xəbərlərində də baxmağı özünə sığışdırmayan tamaşaçını haqlı sayıb, keçirik tur barədə bir-iki məsələyə.

Bu tur əvvəlkilərdən fərqləndi. Bilirsiz nəylə? "Simurq" "İnter"ə uduzmadı! "Hə noolsun?"- deyən oxucumuza bildirək ki, burda çox incə və maraqlı məqam var. Bu iki klub təxminən eyni yerdən maliyyələşir. Ona görə də, hər dəfə aralarındakı oyunda hansının qalib olacağı əvvəlcədən bilinir: Ənənəvi olaraq "İnter" qalib gəlib... Bu dəfə isə "TARİX" YAZILDI! Komandalardan heç biri qalib gəlmədi- 1:1.
"Əkiz" komandaların budəfəki oyununu məsələyə tənqidi mövqedən yanaşan KİV-i aldatmaq üçün bir "oyunu" da saymaq olar. Çünki ölkə çempionatı bu il fərqli sistemdə keçiriləcək: ilk dövrənin sonunda 12 iştirakçı komanda topladığı xalların nəticəsinə görə iki hissəyə bölünəcək: ilk 6-lıq medallar üçün, digəri isə Premyer-Liqa adlanan çempionatı tərk etməmək üçün oynayacaq. Belə olan halda turnir cədvəlinə diqqət eləsək: "Simurq" 3-cü yerdə, "İnter" liderdi. Diqqət yetirək, Bu "əkizlər" bu dəfə "şişi" yandırmadılar ki, ilk 6-lıq da oynayanda "kabab" da yanmasın. Bu belə...

"Qarabağ" Qurban Qurbanovun xarizması sayəsində hələ ki duruş gətirir, hətta "Xəzər-Lənkəran"ı məğub edir- 1:0. Real yanaşsaq, müşahidələr onu göstərir ki, Ağdam təmsilçisi bu mövsüm yığdığı "sürəti" saxlaya bilməyəcək. Komanda heyət baxımından çox kasaddı, həm də potensial heç Qurbanovun özünü də bir o qədər qane etmir. "Xəzər Lənkəran" isə Ağasəlim Mircavadovun yenidən qaytarılmasıyla özünü "göstərdi", bu komandanın sadəcə, yaşıl rəngli forması və bir də qəşəng ofisi var, vəssalam...

"Bakı" Qəbələdə qalib gəldi, amma Bülənt Qorxmaz oyundan, ümumiyyətlə, heyətin oyun sistemindən narazı qaldığını dedi. Bu heç, bunu Haçıyevskini şərləmək kimi də qəbul eləmək olar, ancaq möhtərəm Qorxmaz həm də açıqlamır ki, getdikcə vəziyyət hansı istiqamətə dəyişir.

Premyer-Liqanın ilk turlarında qazandığı nəticələrlə diqqət çəkən "Muğan" "Turan"a 2:3 uduzan vaxtda (noyabrın 1-də saat 14:00) komandanın potensialını tam üzə çıxaracağını iddia edən Böyükağa Haciyevin "Standard"ı öz meydanında "Olimpik"ə təslim olmuşdu- 0:1. Həftənin xoş xəbərləri isə "Neftçi"nin "Karvan"la oyunda 3 xal qazana bilməsi idi- 1:0. Bu komanda nəhayət, özünə qayıda biləcəkmi..?
Belə bir tarixi tur qoyduq arxada. "Neftçi" turnir cədvəlindəki mövqeyini xeyli yaxşılaşdırdı (4-cü yer), "Qarabağ" da həmçinin (liderlə eyni xal), amma Vaqif Sadıqovun hara qədər gedəcəyinə zəmanət vermək də olmur...
Ümumiyyətlə, Azərbaycan futboluna zəmanət verməmək şərtiylə, hələlik! Gələn həftənin oyunlarını şərh edənədək!

Teymur TALIBOV

 


oxunma sayı: 476 | Paylaş:




?>