ƏSGƏR ABDULLAYEV MÜVƏQQƏTİ QALIR
Paylaş:
FutbolPress: Premyer-Liqanın bu turunda "Olimpik-Şüvəlan"ın "Standard"a məğlub olacağı təqdirdə baş məşqçi Əsgər Abdullayevin istefaya göndəriləcəyi və əvəzinə "Bakı"nın aşağı yaş qrupları üzrə baş məşqçisi vəzifəsindən istefa vermiş Nazim Süleymanovun gətiriləcəyi barədə ultrasport.az saytı etibarlı mənbəyə istinadən xəbər yaymışdı. Ancaq "Standard" uduzdu. Bundan sonra hadisələrin nə cür vərəyan edəcəyi maraqlı idi. Kluba yaxın mənbədən bu barədə müəyyən informasiyalar əldə edə bildik. Belə ki, mənbə Abdullayevin istefaya göndərilməyəcəyini belə izah etdi: "Əsgər Abdullayevin əvəzlənməsi planda var idi. Bunu hiss edirdik. Amma klubda rəhbər vəzifələrdə dəyişiklik olub deyə, bu məsələ bir az diqqətdən kənar qalıb. Mən bildiyimə görə, onun (Ə.Abdullayev nəzərdə tutulur- red.) özü işdən çıxmaq istəyirdi, deyəsən, hardansa ona yaxşı təklif gəlib. Ama həm də bu dəfə komandanın qalib gəlməsi bir az bu məslələrin yaddan çıxmasına səbəb olub". Məlumatlı mənbəmiz Abdullayevə gələn yaxşı təklifin hardan gəldiyini yaxın vaxtlarda dəqiqləşdirib, bizə çatdıracağına söz verdi. Belə aydın olur ki, Əsgər Abdullayev ən azı ilk dövrənin sonunadək komandada qalacaq. Qeyd edək ki, xəbərə rəsmi münasibət Abdulleyevin müraciətimizə əhəmiyyət verməməsinə görə mümkün olmadı. Bird aha qeyd edirik, Abdullayevin bu informasiyaya etirazı varsa, buyurub, fikrini bildirə bilər- dərc etmək bizdən.
| Paylaş: