')

Bu gün:


FutbolPress.Az | VÜQAR HƏŞİMOVDAN MÖHTƏŞƏM İRƏLİLƏYİŞ

VÜQAR HƏŞİMOVDAN MÖHTƏŞƏM İRƏLİLƏYİŞ


oxunma sayı: 760 Paylaş:

FutbolPress: Serbiyanın Novi Sad şəhərində keçirilən komadalararası Avropa çempionatı başa çatdıqdan sonra FİDE şahmatçıların növbəti reytinq siyahısını tərtib edib. Komandamızın Avropa çempionu olması 3 qrosmeysterimizin reytinqin ilk 20 pilləsinə düşməyi ilə nəticələnib.

Son iki ay ərzində məhsuldar çıxışıyla fərqlənən Vüqar Həşimov əmsalını 18 vahid yaxşılaşdırıb. Əvvəlki sıralamada 2740 xala malik Həşimov 2758 xalla 6-cı yerdə qərarlaşıb. Bu, həm də Həşimovun karyerasında ən yaxşı nəticədi.

Azərbaycan yığma komandasının lideri Teymur Rəcəbovun mövqeyində gözlənilən geriləmə baş verib. İndiyə qədər 7-ci yerdə qərarlaşmış Rəcəbov indi 11-ci pillədədir (2748). Elit pillələrə daxil olan sonuncu şahmatçımız Şəhriyar Məmmədyarovdu

AÇ-də uğurlu çıxış edən Sumqayıt şahmat məktəbinin yetirməsi 19-cu yerdə qərarlaşıb.
Sıralamaya əvvəlki kimi bolqarıstanlı Veselin Topalov başçılıq edir. Norveçli Maqnus Karlsen ikinci, hazırkı dünya çempionu hindistanlı Vişvanatan Anand üçüncüdür.

 

 

 


oxunma sayı: 760 | Paylaş:




?>