')

Bu gün:


FutbolPress.Az | Top yiyəsini tanımır...

Top yiyəsini tanımır...


oxunma sayı: 1242 Paylaş:

FutbolPress
elchin.jalilov@gmail.com

Və ya "alın yazısı"

Bir dostum var, şairdi, söhbətimiz "tutmayanda" dərhal futboldan danışır, guya mənə bununla dəstək olduğunu zənn edir. Dünən də vəziyyət elə gətirmişdi ki, dostum yenə valı futbola tərəf fırladıb söhbətə ahəng qatmaq istədi. Deyir ki, məncə, Azərbaycanda futbol zəif deyil, onu oynayanlar fərsizdi. Ay-hay... Əşşi, sən get, şairliyivi elə, nə biləsən futbol kimdi, Elxan Məmmədov nədi, "UniBank" haradı...
Əziz oxucular, dostlar, Uca Yaradan hər bir insanı yer üzündə bir işi icra etmək üçün xəlq edib, deyirlər; Rəbbimin kəramətinə şükür, şəkk-şübhəm yox, mənim də alnıma futboldan yazmağı həkk edib. Şikayətçi deyiləm, amma Azərbaycan futbolundan yazmaq kimi ağır mərət asıb qələmimdən...
Nəysə, bu həftə saytımız fəaliyyətə başladığından futbola daha da yaxın olmağa məcburam; amma Azərbaycan futboluna yaxınlıqdan daha pis qoxu, betər iy yoxdu...

Məsələn, sayta baxıram; xəbərin sərlövhəsi: "NEFTÇİ" ZİYARƏTDƏ OLUB. Dərhal ağıla belə fikirlər gəlir: Aha, deyəsən, bu dəfə oyunu almaq məhdudlaşdırılıb, ümid qalıb ocağa, pirə, nəzir qutusuna... Ya da "Neftçi"nin yeni, mütərəqqi rəhbərliyi, başda vitse-prezident Tahir Süleymanov olmaqla, komandanı keçmiş "günahlarından" "yumağa" çalışır. Allah dualarınızı qəbul etsin- hər nə niyyətlə edirsinizsə...

Yaxud belə bir xəbər başlığı: PREMYER LİQANIN TARİXİNDƏ İLK DƏFƏ. Burada "Simurq"-"İnter" "oyununda" birincilərin məğlub olmaması tarixi fakt kimi təqdim olunur. Azərbaycan futbolunun tarixi bax, belə "tarixciklərlə" yazılır, dostlar. Bir bulaqdan "su içən" iki komanda bir-birinə məğlub olmursa və bu mühüm hadisə sayılırsa (qəliz oldu bir az) deməli, bu da bir alın yazısıdı. Məncə, hər iki kluba Süleymanov kimi rəhbər işçi lazımdı- günahları yumaq işi...

Böyükağa Haciyev "Standard"ın baş məşqçisi keçən kimi belə dedi: "Valdas İvanauskas "Standard"ın potensialını viran qoyub". Ən orijinal macəra! Nə istəyirsiz, Haciyev hazır macəraçıdı... Amma pardon, yoldaş Haciyev, hazırda milli komandanın potensialını (əgər varsa) viran qoyan Berti Foqts haqda bunu deyə bilərsizmi?! Bilərsiz. Amma Foqts da İvanuskas kimi vəzifəsindən qovulduqdan sonra.

Bax, belə məqamda, "Yıxılana balta vurmazlar" məsəlinin etimologiyasını bilmək daha asan olur; atalar bu məsəli haciyevkimilərin bol olduğu zamanlarda fikirləşib (Atalar nə zülm çəkirsə, balaları da o zülmə düçar olur).
Ümumiyyətlə, ötən həftə macəralarla dolu idi, macəra axtarışında olmasaq belə... Onlardan biri də "UniBank"la idman KİV-i arasında yaranan zəvzəvəlik oldu. Bank bir qrup jurnalisti apardı "Fənərbağça"-"Qalatasaray" derbisinə səyahətə, "Futbol+" qəzeti haray qopardı ki, "Rədd olsun "UniBank", Rədd olsun "UniBank Premyer Liqası"- çünki bank ən çox satılan qəzetin redaksiya heyətini səyahət zamanı saya almayıbmış. ...Az sonra məlum olacaqdı ki, ən çoxsatılan idman qəzeti "UniBank"a "Rədd ol!" deməklə harayına haray verən həmkarları yox, özünü düşünəcək...
Doğrudan da Azərbaycanda top yiyəsini tanımır...

Yazarın bütün yazıları

oxunma sayı: 1242 | Paylaş:




?>