"QARABAĞ" 5 İLDİ BOYUN ƏYMƏDİYİ RƏQİBLƏ ÜZ-ÜZƏ
Paylaş:
Premyer Liqanın təsnifat mərhələsinin sonuncu - XXII turunda "Qarabağ" "Turan"la qarşılaşacaq. Bütün çempionatların iştirakçısı olan 3 klubdan ikisinin mübarizəsi daim gərgin və maraqlı alınıb.
"Qarabağ" Tovuz klubuyla bu mövsüm artıq 3-cü dəfə görüşəcək. Çempionatın ilk dövrəsində Tovuzda baş tutan görüşdə ağdamlılar Emin İmaməliyevin vurduğu qolla 1:0 hesablı qələbəyə sevinmişdilər. Lakin Azərbaycan kubokunun 1/8 final mərhələsində də bu klublar üz-üzə gəlmişdilər. Həmin görüşün əsas və əlavə vaxtı qolsuz başa çatmış, penalti seriyasında isə tovuzlular üstün olmuşdular.
Lakin bütövlükdə ölkə çempionatı səviyyəsində "Qarabağ" düz 5 ildi "Turan"a məğlub olmur. Sonuncu dəfə 2006-ci ildə Böyükağa Ağayevin "Qarabağ"a başçılıq etdiyi dönəmdə Tovuzda meydan sahibləri 3:1 hesablı qələbəyə sevinib. Həmin tarixdən sonra çempionatda baş tutan 8 görüşdə hazırda Qurban Qurbanovun çalışdırdığı komanda cəmi 1 dəfə heç-heçə edib, qalan görüşlərdə qələbə qazanıb.
| Paylaş: