')

Bu gün:


FutbolPress.Az | HAKİMLƏR KOMİTƏSİNİN "MƏXFİ PLANI"

HAKİMLƏR KOMİTƏSİNİN "MƏXFİ PLANI"


oxunma sayı: 1057 Paylaş:

Xaqani Məmmədovun boynuna daha bir rüsvayçılıq!

Ramiz Əsədov, Maya Nəbiyeva və Əli Əliyev test-kuperdən keçə bilməyib və hər üçünün bu mövsümün sonuna qədər hakimlik etməyəcəyi haqda Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov komitənin iclasında bildirirb. Bu haqda bizə məlumatlı mənbədən gələn informasiyanı başqa mənbələrlə də dəqiqləşdirdik və informasiyanın səhihliyinə əmin olduq.
Hər üç hakim Antalya toplanışında olub. Hörmətli və heç bir problemi olmayan Xaqani Məmmədov, bəs bu üç hakimi imtahansız aparmışdız Antalyaya? Turist kimi? Toplanışın hakimlərə faydası bu olub? - imtahandan kəsilirlər.

Paradoks məqam ondadı ki, Ramiz Əsədov Premyer Liqanın qarşıdan gələn turunda "İnter" - "Xəzər Lənkəran" oyununa təyinat alıb. Bunda məntiq varmı? Özü də ikinci yarımillik tes-kuperdən keçə bilməyən yan xətt hakiminin çempionatın ikinci hissəsini meydandan kənar izləməsi əvəzinə oyuna təyin olunmasında nə məqsəd ola bilər? İndi diqqət yetirək:

"Xəzər Lənkəran"a qarşı "plan" işə düşür?

Onsuz da bu "plan" adətən, işlək olub və dəstəkçi qüvvələrinin də kimliyi haqda bunadək kifayət qədər məlumat vermişik. İş təkcə Əsədovun bu oyuna təyinatıyla bitmir. İmtahandan keçə bilməyən Əsədovla bərabər Munis Abdullayev də həmin oyuna təyin olunub. Həmin Munis ki dəfələrlə onun "Neftçi"də işlədiyini əsas gətirərək bu komandanın oyununa təyinat verilməsinin qeyri-leqal olduğunu yazmışıq.

Bəli, HK sədri Xaqani bəyin planı nə qədər məxfi olsa da, həmişəki kimi "deşifrə" edə bilirik. Cəzalı Əsədovu bu oyuna təyin etmək ona işarədi ki, çıx, "günahlarını yu"... - Əgər Cənub klbunu uduzdura bilsəz, onda test-kuperdəki uğursuzluğun əfv olunacaq. İndi təsəvvür edin ki, Əsədov bu oyunda necə psixoloji təzyiqdə olacaq.

Bu komandalar arasında qarşılaşma gözlənildiyi kimi gərgin keçəcək və xırda bir hakim "müdaxiləsi" matçın taleyini həll edə bilər. Bir yanda Munis Abdullayev, digər yanda Ramiz Əsədov - bu, "Xəzər Lənkəran"ı "Neftçi"nin çempionluğa gedən yolundan silmək üçün atılan addımlardan biridi. Bu addımda "Neftçi" tərəfinin heç bir marağının olmadığını bilirik. Bunun hərəkətverici qüvvəsi AFFA binasında özünü Sadıq Sadıqova "yaxşı oğlan" kimi göstərmək istəyənlərdi. Xüsusən, Xaqani Məmmədov buna görə əl-ayağa düşüb. Çünki Sadıqovun yaxın gələcəkdə assosiasiya prezidenti olacağı haqda söhbətlər ciddiləşməkdədi. Əlbəttə, gələcək rəhbərə indidən xoş gəlmək üçün bu niyyətləri ortaya qoymaq AFFA-dakılara xas bir şeydi.

Turun ən maraqlı və gərgin keçəcəyi gözlənilən matçına baş hakim kim təyin olunub? Rövşən Əhmədov.

31 oktyabrda "Bakı" - "Neftçi" matçında hoqqalarıyla yadda qalan Əhmədov. Hətta HK da onun "Neftçi"yə "işlədiyini" dana bilmirdi, çünki arqument tapılmırdı. Əhmədov bütün oyunboyu özünü "göstərmişdi". Həmin Əhmədov ki "Xəzər Lənkəran" - "Qarabağ" matçında Lalinə qarşı epizodda lənkəranlıların lehinə aşkar penaltini verməmişdi.

Və ən nəhayət, Əhmədovun yaşı, fiziki imkanları belə sürətli matçın öhdəsindən gəlməyə imkan vermir. Çempionatın ən temperamentli, dinamik qarşılaşması məhz bu iki komanda arasında olur. Əhmədovun xırda foullar üçün "hər saniyə" fitini işə salacağı da aydındı.


oxunma sayı: 1057 | Paylaş:




?>