')

Bu gün:


FutbolPress.Az | MƏRKƏZİ OYUN: "XƏZƏR LƏNKƏRAN" ÜÇÜN SƏFƏR SİNDROMU

MƏRKƏZİ OYUN: "XƏZƏR LƏNKƏRAN" ÜÇÜN SƏFƏR SİNDROMU


oxunma sayı: 171 Paylaş:

Premyer Liqanın ötən iki turunda olduğu kimi, bu dəfə də turun mərkəzi oyunu "Xəzər Lənkəran"ın iştirakı ilə keçəcək. Bu həftə Lənkəran klubunu son ölkə çempionu "İnter"lə səfər oyunu gözləyir.

XXII turla çempionatın ilk hissəsi olan təsnifat mərhələsi yekunlaşmış olacaq. Çempionluq uğrunda mübarizəni davam etdirən "Xəzər Lənkəran"ın əsas məqsədi final mərhələsinə "Neftçi" ilə aralarındakı bir xallıq fərqi qoruyub daxil olmaqdı. Əvvəlki iki turda bu minimal missiyanı yerinə yetirmiş komanda indi növbəti görüş barədə düşünür.
Rəqib "İnter"in də məqsədi oxşardı. Komanda "Birlik Kuboku"nda qələbə və çempionatda iki oyuna 6 xalla ilə uğurlu start verib. İndi cənub təmsilçisinin ən yaxın izləyicisi olan "İnter" bu turda xal fərqini azaltmaq imkanı əldə edir. Beləliklə, hər iki komanda təsnifat mərhələsini uğurla bitirmək üçün bu qarşılaşmadan maksimum yararlanmağa çalışacaq.

Komandalar arasında ilk oyun III tur çərçivəsində Lənkəranda keçirilmişdi və 0:0 hesablı heç-heçə ilə yekunlaşmışdı. Ümumilikdə, bu mövsüm "İnter"in ev oyunları statistikasına nəzər salsaq komandanın yalnız 1 dəfə məğlub olduğunu, 2 dəfə heç-heçə oynadığını və 7 dəfə qalib gəldiyini görürük. "Xəzər Lənkəran" isə öz növbəsində 10 səfər oyununun 5-ində qalib gəlib, 3 heç-heçə edib və 2 dəfə məğlub olub. Qolların statistikasında isə "Xəzər Lənkəran"ın üstünlüyünü görə bilərik - rəqibindən 2 qol çox vurub (25-23) və qapısından iki qol az keçirib (11-13).

Oyunun keçiriləcəyi "Şəfa" stadionunda isə Lənkəran klubu bu mövsüm artıq iki dəfə oynayıb. Bu qarşılaşmaların hər ikisindən "Xəzər Lənkəran" üç xalla ayrılıb - AZAL-a qarşı oyun 1:0, MOİK-ə qarşı oyun 2:0 hesabı ilə başa çatıb.

Çempionatların tarixinə nəzər saldıqda "İnter"ə qarşı səfər oyunlarının "Xəzər Lənkəran" ən çətin görüşlərdən olduğunu görə bilərik. Bu günə kimi 7 dəfə "İnterə" qarşı səfər oyunu keçirmiş "Xəzər Lənkəran" bu oyunların 3-də məğlub olub və 4 dəfə heç-heçə oynayıb. Hazırda çempionatda çıxış edənlərdən "İnter" yeganə komandadı ki, "Xəzər Lənkəran" ona bu günə kimi səfərdə qalib gəlməyib. Bu bazar baş tutacaq vacib oyunda qələbə qazanmaqla komanda bu sindorma son qoymağa çalışacaq.


oxunma sayı: 171 | Paylaş:




?>