"QARABAĞ" ANTALYAYA GEDİR, AMMA...?
Paylaş:
"Qarabağ" Unibank Premyer Liqasının final mərhələsinə hazırlıq məqsədilə Türkiyənin Antalya şəhərinə gedəcək. Bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib. Martın əvvələrində Türkiyəyə yola düşəcəklərini deyən təcrübəli çalışdırıcı toplanışa tam heyətlə getməyəcəklərini bildirib: "Biz qısa da olsa bu toplanışda maraqlıyıq. Ancaq bütün oyunçuları aparmaq niyyətində deyilik. "Qarabağ"ın yalnız əsas heyətinin oyunçuları, yəni ilk "11-lik" ora gedəcək, qalanları isə burda məşq edəcək. Təbii ki, buna görə texniki heyətin də bir hissəsi Bakıda qalacaq. Onlar burda razılaşacağımız bəzi klublarla yoxlama matçı keçirəcək. Biz də Antalyada".
| Paylaş: