BOJAN PAVLOVİÇ: RƏQİB ALT SIRALARDA QƏRARLAŞSA DA...
Paylaş:
Azərbaycan Premyer Liqasının son turunda səfərdə "Gəncə"ni minimal hesabla məğlub edən "Qarabağ"ın qapıçısı Bojan Pavloviç oyun barədə fikirlərini bölüşüb: "Təbii ki, ilk oyun olduğuna görə bir qədər həyəcan vardı. Amma bu o demək deyilki özümə inanmırdım. Zənnimcə, ilk oyunumda pis durmadım. "Seyv"lərə gəlincə, qapıçının əsas işi qol buraxmamaqdı. Mən də öz işimi görmüşəm.İlk oyunda qapını toxunulmaz saxladığıma görə şadam. Komandamızın qələbəsi də cox vacib idi. Axı, meydanın vəziyyəti heç də ideal deyildi". 24 yaşlı serbiyalı qolkiper təsnifat mərhələsinin son turunda "Turan"a qarşı keçirəcəkləri matçla bağlı bunları deyib: "İndi qarşıda Turanla oyun var. Rəqib alt sıralarda qərarlaşsa da bilirəm ki, kubokda onlara məğlub olmuşuq. Ona görə də təhlükəli rəqibə qarşı diqqətli olmalıyıq. Bu oyunda da qələbə qazanıb final mərhələsinə yaxşı əhval-ruhiyyədə başlamaq istəyirik".
| Paylaş: