')

Bu gün:


FutbolPress.Az | "OYUN TƏRZİM YENİ MƏŞQÇİNİ QANE ETMƏDİ"

"OYUN TƏRZİM YENİ MƏŞQÇİNİ QANE ETMƏDİ"


oxunma sayı: 162 Paylaş:

"İnter"in yarımmüdafiəçisi Asif Məmmədov "İnter"ə qayıdışının səbəbləri və qarşıdakı "Xəzər-Lənkəran"la oyun haqqında fikirlərini açıqlayıb. Mövsümarası transfer dönəmində Lənkəran klubuna keçən Məmmədov yenidən "İnter"ə qayıdışını belə izah edib: "Xəzər-Lənkəran"a məni Ağasəlim Mircavadaov aparmışdı, lakin sonradan onun yerinə yeni məşqçi gəldi. Görünür, oyun tərzim yeni məşqçinin xoşuna gəlmədi. Nəticədə məni transferə çıxardılar və mən də "İnter"ə qayıtmaq qərarına gəldim".

Asif Məmmədov təsnifat mərhələsinin son turunda doğma meydanda "Xəzər Lənkəran"a qarşı keçiriləcək oyuna da münasibət bildirib: "Bizim üçün çox çətin olacaq, axı, "Xəzər-Lənkəran" kifayət qədər güclü komandadı. Ancaq onu deyə bilərəm ki, komandaların qalib gəlmək şansı bərabərdi. Əminəm ki, bizi çox maraqlı oyun gözləyir".


oxunma sayı: 162 | Paylaş:




?>