')

Bu gün:


FutbolPress.Az | "NEFTÇİ" VƏ "XƏZƏR LƏNKƏRAN" HAQDA DÜŞÜNMÜRÜK"

"NEFTÇİ" VƏ "XƏZƏR LƏNKƏRAN" HAQDA DÜŞÜNMÜRÜK"


oxunma sayı: 189 Paylaş:

"Yenidən "Qarabağ"a qayıtmaq çox xoşdu. Komandaya uyğunlaşmağım çətin olmadı. Çünki bu futbolçularla bir neçə il həm yığmada, həm də "Qarabağ"da birgə oynamışam. Ötən mövsüm bir neçə futbolçumuz zədələndiyinə görə altılıq oyunlarına 15-16 futbolçu ilə hazırlaşırdıq. Lakin bu il isə daha fərqlidi. Komandaya yeni futbolçuların, əsasən də legionerlərin gəlməsi bizim xeyrimizə işləyəcək. Bu isə bir daha baş məşqçi və klub rəhbərliyinin düzgün siyasət yürütməsini göstərir". Bu sözləri Azərbaycan yığma komandası və "Qarabağ"ın futbolçusu Rəşad Sadıqov deyib.

Təcrübəli müdafiəçi Ağdam klubunun bu ilki hədəfləri haqda da danışıb: "Turan"la oyuna çox ciddi hazırlaşırıq. Bu oyunda da qələbə qazanmaq istəyirik. İlk altılıqda olan bütün komandaların da iddiası eyni olmur. Biz "Neftçi" və "Xəzər Lənkəran" haqda düşünmürük. "Qarabağ"ın hədəfi həmişə olduğu kimi Avrokuboklara vəsiqə qazanmaqdı. Lakin bu mövsüm Premyer Liqada 3-cü yeri tutsaq, bu bizim üçün böyük nailiyyət olar".


oxunma sayı: 189 | Paylaş:




?>