')

Bu gün:


FutbolPress.Az | "MOİK-DƏ MÜTƏXƏSSİS YOXDU"

"MOİK-DƏ MÜTƏXƏSSİS YOXDU"


oxunma sayı: 177 Paylaş:

"Bildiyiniz kimi "İnter"də iki güclü qapıçı - indiyədək Azərbaycanda çıxış etmiş legioner qapıçılardan ən səviyyəli hesab etdiyim Georgi Lomaya və Azərbaycan futbolunun əfsanəsi Dmitri Kramarenko var. Buna görə də, oyun praktikasız qalmamağım üçün belə təklif irəli sürüldü və mən də məmnuniyyətlə razılıq verdim. Bir çoxları dedilər ki, MOİK-ə hərbi xidmətə yollanmışam. Ancaq bu, belə deyil". Bu sözləri "İnter"dən MOİK-ə keçən Səlahət Ağayev deyib.

Gənc qapıçı qış fasiləsindən sonra MOİK-in formasını geyinsə də, komandanın düşərgəsinə sadəcə oyundan-oyuna gedir. Ağayev bunu belə izah edib: "Məsələyə aydınlıq gətirmək üçün demək istəyirəm ki, MOİK-də qapıçılarla işləyən mütəxəssis yoxdu və məhz buna görə "İnter"də məşq edirəm".


oxunma sayı: 177 | Paylaş:




?>