')

Bu gün:


FutbolPress.Az | EKSKLÜZİV! YENİ MER "KƏPƏZ"İ SEÇDİ

EKSKLÜZİV! YENİ MER "KƏPƏZ"İ SEÇDİ


oxunma sayı: 456 Paylaş:

Elmar Vəliyevin Gəncə futbolu üçün hansı planları var?

Gəncə şəhərinə icra başçısı təyin olunan Elmar Vəliyevin futbol həyatı qaynayan köhnə paytaxda bu istiqamətdə hansı işlər görəcəyi maraqla gözlənilər, hər halda.

Məlumatlı mənbə deyir ki, Vəliyev ilk olaraq şəhər stadionunu bərpa etdirmək qərarına gəlib və bu qərarı ilk toplantısındaca açıqlayıb.

Vəliyev şəhəri Premyer Liqada təmsil edən "Gəncə"nin uğursuz çıxışından da narahatlığını dilə gətirib. Gəncə meri elan edib ki, onun rəhbərlik etdiyi şəhərin təmsilçisi şəhərin adına uyğun yerdə olmalıdı, yəni, həmişə iddialılar arasında yer alıb, çempionluğa oynamalıdı.

Məlum olub ki, Elmar bəy şəhərin 2 komandası olmasını dəstəkləyib, lakin üstünlüyün "Kəpəz"ə verilməli olduğunu bildirib. Yəni, Gəncə meri "Kəpəz"in Premyer Liqaya dönməsini və əvvəlki əzəmətini bərpa etməsini istəyir.

Gəncə Regional Futbol Federasiyası prezidenti Xanlar Fətiyevin təşəbbüsü ilə "Kəpəz" Futbol Klubu bu ildən fəaliyyətini bərpa edib və gələn mövsümdən etibarən I divizionda mübarizə aparacaq. Klubun baş sponsoru Naxçıvan Avtomobil Zavodu (NAZ), prezidenti NAZ başqanı Musa Abdullayev, baş məşqçisi isə tanınmış mütəxəssis Mehman Allahverdiyevdi.


oxunma sayı: 456 | Paylaş:




?>