')

Bu gün:


FutbolPress.Az | FERQYUSSONUN "3-Ü 1-İNDƏ" PLANI

FERQYUSSONUN "3-Ü 1-İNDƏ" PLANI


oxunma sayı: 125 Paylaş:

"Mançester Yunayted" mövsümün sonunda Luka Modriç, Cordan Henderson və Cek Rodvelli heyətinə cəlb etməyə hazırlaşır. "The News of the World"ün verdiyi xəbərə görə, Pol Skoulza əvəzləyici axtaran "qırmızı şeytanlar" "Tottenhem"in yarımmüdafiəçisi Luka Modriçi komandaya qazandırmaq istəyir. Bu mövsüm göstərdiyi oyunla azarkeşlərin rəğbətini toplayan təcrübəli futbolçu üçün ən böyük əngəl klubunun onu satmaq niyyətində olmamasıdı.

Ferqyussonun digər hədəfləri isə "Everton"lu Cek Rodvell və "Sandarlend"li Cordan Hendersondu. Bu iki oyunçunu da transfer etmək istəyən "Mançester Yunayted" yarımmüdafiə xəttini yeni 3 futbolçuyla gücləndirməyi planlaşdırır.

"Mançester Yunayted"in Hendersona 15, Rodvellə isə 25 milyon avro xərcləyəcəyi bildirilir. 


oxunma sayı: 125 | Paylaş:




?>