')

Bu gün:


FutbolPress.Az | RANYERİ POSTUNU TƏHVİL VERDİ

RANYERİ POSTUNU TƏHVİL VERDİ


oxunma sayı: 145 Paylaş:

"Roma" baş məşqçisi Klaudio Ranyeri istefa verib. 59 yaşlı italyan mütəxəssis paytaxt təmsilçisinin A seriyasının son turunda "Cenoa"ya 3:4 hesabı ilə məğlub olduğu oyundan sonra postundan getməyə qərar verib. "Roma" həmin oyunda hesabda 3:0 irəlidə olduğu halda, sonradan 4 qol buraxaraq uduzub - 3:4.

Ranyeri qərarını belə izah edib: "Mən həmişə "Roma" üçün ən yaxşı nə olduğunu fikirləşmişəm. Final fitindən sonra paltardəyişmə otağına girərək, komandaya minnətdarlıq etdim və istefa verdim".

Ancaq "Roma" rəhbərliyi hələ bununla bağlı yekun qərar çıxarmayıb. Onlar fikirləşmək üçün vaxt istəyib, tezliklə son qərarı bəyan edəcəklər. 


oxunma sayı: 145 | Paylaş:




?>