')

Bu gün:


FutbolPress.Az | "LİVERPUL"UN REYNA VƏ KUYTLA BAĞLI QƏRARI

"LİVERPUL"UN REYNA VƏ KUYTLA BAĞLI QƏRARI


oxunma sayı: 160 Paylaş:

"Liverpul" təcrübəli qolkiperi Pepe Reyna və Hollandiyalı cinah oyunçusu Dirk Kuytun müqavilə müddətini uzatmaq üçün yeni sözləşmə təklif edəcək. Adı "Mnaçester Yunayted"lə hallanan Reynanı komandada saxlamaq istəyən Mersisayd klubunun rəhbərliyi ispaniyalı qapıçının həftəliyini 10 min funt sterlinq artıracaq. Bir müddət əvvəl Çempionlar Liqasında oynamaq üçün "Liverpul"dan ayrılmaq istədiyini bildirən qapıçıya baş məşqçi Kenni Dalqlişdən təminat gəlib: "Reyna çox yaxşı qapıçıdı və uzun müddət burda qalacağına inanıram. Çempionlar Liqasında oynamaq istədiyini normal qarşılayıram, ancaq bir mövsüm ərzində yenidən həmin turnirə dönəcəyimizə əminəm".

"Liverpul"da xoşbəxt olduğunu bildirən Kuytun da yeni sözləşmə təklifinə müsbət yanaşdığı deyilir. İngiltərə mətbuatına açıqlama verən futbolçu bunları vurğulayıb: "Müqaviləm 2012-ci ildə bitir. Ancaq gələcəkdə nələr olacağını əvvəlcədən bilmək olmur. Mən burda çox xoşbəxtəm və "Liverpul"da özümü evimdəki kimi hiss edirəm. Komandadan ayrılmağı düşünmürəm".


oxunma sayı: 160 | Paylaş:




?>