')

Bu gün:


FutbolPress.Az | "FutbolPress"dən YENİLİK!

"FutbolPress"dən YENİLİK!


oxunma sayı: 442 Paylaş:

Oxu: "Peşəkarlar"

Gündəlik - dövri xəbərlər, təhlil, köşə, reportajlarla görüşünüzə gələn "FutbolPress" daha bir yeniliyə hazırlaşır. Bundan sonra sevimli ünvanınızda futbolun tarixindən bəhs edən kitabla da tanış ola bilərsiz.

Məşhur idman yazarı Frenk Teylorun 1985-ci ildə çap olunmuş və Böyük Britaniyada satış rekordu vuran "Peşəkarlar" kitabını bundan sonra hissə-hissə sizə təqdim edəcəyik.

Kitabda futbolun yaranması, inkişafı, keçdiyi tarixi yol, müasir futbol və qaydaların yaranma prosesi, "futbol revolyusiyası" və başqa dəyərli məlumatlar var. Bir sözlə, futbol haqda hər şey...

Yaxın günlərdə kitabın ilk fəslini sizə təqdim edəcəyik. Ümumi redaktədən keçən "Peşəkarlar"ın ilk təqdimatında tanış olacaqsız:

- Lap qədim zamanlarda futbolun növləri.
- XIX əsrin əvvəllərində "vəhşi" futbolun populyarlığının artması.
- Ayaqla, yoxsa əllə oyun?
- Futbol oyunu tarixində müəllim Trinqin ilk qaydaları.

Futbol nə vaxt, harada yarandı, nə vaxt ilk qaydalar yaradıldı və futbolun "mədəni oyun"a çevrilməsi...

Bu və başqa maraqlı məlumatları oxumaq üçün "FutbolPress"i bizi izləyin.


oxunma sayı: 442 | Paylaş:




?>