SİLVA GEDİR, MATA GƏLİR
Paylaş:
"Mançester Siti" mövsümün sonunda "Valensiya"dan Xuan Matanı transfer etmək üçün indidən hazırlıqlara başlayıb. İngiltərə mətbuatının verdiyi xəbərə görə, David Silvanın İngiltərəyə öyrəşməməsi və İspaniyaya dönmək istəməsi klub rəhbərliyini bu istiqamətdə hərəkətə keçirib. Bir vaxtlar Silvanın komanda yoldaşı olan Matanı komandaya cəlb etmək üçün "şəhərlilər" 20 milyon avroyla "yarasalar"a təklif göndərəcək. Ancaq maliyyə vəziyyəti yaxşı olmayan "Valensiya" rəhbərliyi gənc futbolçunu 35 milyon avro qarşılğında satacaqlarını bildirib. 22 yaşlı Mata bu mövsüm "Valensiya"nın heyətində 24 oyunda iştirak edib, rəqib qapılarından 5 qol keçirib.
| Paylaş: