')

Bu gün:


FutbolPress.Az | MOURİNYODAN GÜNÜN SİTATLARI

MOURİNYODAN GÜNÜN SİTATLARI


oxunma sayı: 300 Paylaş:

Hər sözü və davranışı ilə ajiotaj yaradan "Real Madrid"in baş məşqçisi Joze Mourinyo yenə gündəmə səbəb olan açıqlamalar verib. Özündən razı hərəkətləri ilə sevildiyi qədər də düşmən qazanan portuqaliyalı çalışdırıcı bu dəfə başqa məcrada danışıb. Həmişə idman mətbuatına açıqlamalar verən təcrübəli mütəxəsis İspaniyanın dini radiolarından birinə müsahibə verməklə hamını təəccübləndirib.

Morinyo "Kope" radiosuna - "Mən Tanrının bəyəndiyi və sevdiyi bir qulam" - deyib. Qazandığı uğurlarda Tanrının böyük köməyi olduğunu vurğulayan baş məşqçi sözlərinə belə davam edib: "Onun (Tanrı) sayəsində xoşbəxt bir ailəm var. Arzuladığım budu, uğur həmişə mənimlədi. Məşhuram, şanslıyam, iddialıyam. Bütün bunlar Tanrının məni qəribə bir tip olaraq görüb kömək etməsindən qaynaqlanır. Mən də hər zaman ona inancımı göstərirəm. Tanrıyla armada çox yaxşı bir əlaqə var".

Mourinyodan sitatlar:

• Düşünürəm ki, özünəməxsus bir insanam
• Danışmağa haqqım var, çünki hər zaman doğruları söyləyirəm
• "Porto"da qalsaydım, Tanrıdan sonra mən olardım
• Raykardın baş məşqçilik karyerası böyük bir sıfırdı
• Barselonada çox yaxşı teatrlar var. Messi də aktyorluğu çox yaxşı öyrənib.
• Düşünürəm ki, Venger də rentgençi deyə müraciət edilən insanlardan biridi


oxunma sayı: 300 | Paylaş:




?>