BOBO İSTANBULDAN GEDİR
Paylaş:
"Beşiktaş"la müqaviləsi mövsümün sonunda bitəcək Boboya Rusiyadan təklif gəlib. Türkiyə mətbuatının verdiyi xəbərə görə, baş məşqçi Bernd Şusterin də komandada görmək istəmədiyi braziliyalı forvard karyerasını "Lokomotiv"də davam etdirə bilər. Moskva klubu mövsümün sonunda azad agent statusu alacaq Bobonu heyətinə qatmaq üçün artıq futbolçunun menecerləri Juan Figer və Kristianla danışıqlara başlayıb. Yekun qərarın Kiyev "Dinamo"suyla cavab qarşılaşmasından sonra veriləcəyi bildirilir. Ötən illərdə rus klublarından təklif alsa da, Türkiyədə qalmağı üstün tutan Bobonun Moskva "Lokomotiv"inin təklifinə nə cavab vercəyi maraqla gözlənilir.
| Paylaş: