')

Bu gün:


FutbolPress.Az | DAVİD ODİKADZE: "XƏZƏR LƏNKƏRAN"LA ŞANSLARIMIZ BƏRABƏRDİ

DAVİD ODİKADZE: "XƏZƏR LƏNKƏRAN"LA ŞANSLARIMIZ BƏRABƏRDİ


oxunma sayı: 424 Paylaş:

"...doğma meydan faktoru bizə kömək etməlidi"

Bakının "İnter" komandasının futbolçusu David Odikadze klubun rəsmi internet saytına müsahibə verib. Gürcüstanlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının XXI turunun MOİK-lə oyunu, həmçinin növbəti - "Xəzər Lənkəran"la qarşılaşma haqda fikirlərini açıqlayıb.

- David, belə asan qalib gələcəyinizi gözləyirdiniz?
- Heç bir oyun asan olmur. Bu gün biz əla oynadıq, qol vəziyyətlərindən yararlandıq və buna görə də böyük hesablı qələbə qazandıq. Uğurun zəmanəti yaxşı oynamağımızdadı. Əgər oyunumuz alınırsa, o zaman nəticə özü gəlir.

- Qarşıda komandanı "Xəzər Lənkəran" kimi güclü rəqiblə oyun gözləyir. Bu, turnir cədvəlinin zirvəsinə yaxınlaşmaq üçün əla şansdı. Bu oyunda komandanın şansını necə qiymətləndirirsiniz?
- Bu, iki bərabər səviyyəli komandanın qarşılaşması olacaq. "Xəzər Lənkəran" çempionatın liderlərindən biridi və buna görə də, o bizim üçün ikiqat vacib matç olacaq. Şansımızı təqribən 50-50 qiymətləndirirəm. Bununla yanaşı, doğma meydan faktoru bizə kömək etməlidi, kiçik üstünlüyü tərəfimizdə saxlayıram. Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik.

- İkinci hissənin ortalarında MOİK-in oyunçusuyla toqquşmadan sonra oyunu davam etdirə bilmədiniz və əvəzləndiniz...
- Allaha şükür, ciddi heç nə yoxdu. Mən qazona uğursuz yıxıldım və ayağım burxuldu. Oyunu davam etdirə bilmədim, amma həkimlər vaxtında kömək etdilər və indi artıq hər şey normaldı.

- Belə çıxır zədə ciddi deyil? Bu, "Xəzər Lənkəran"la matça hazırlaşmağıniza təsir etməyəcək?
- Düşünürəm ki, təsir göstərməyəcək. "Xəzər Lənkəran"la matça hazırlaşağacam.


oxunma sayı: 424 | Paylaş:




?>