')

Bu gün:


FutbolPress.Az | "ROMA" VƏ "YUVENTUS" GERİ, "MİLAN" İRƏLİ  (YENİLƏNİB)

"ROMA" VƏ "YUVENTUS" GERİ, "MİLAN" İRƏLİ (YENİLƏNİB)


oxunma sayı: 181 Paylaş:

İtaliya çempionatında XXVI turun oyunlarına yekun vurulub. İlk oyun günündə 2 qarşılaşma keçirilib. Turun açılış matçında "Balonya" doğma meydanda "Palermo" ilə qarşılaşıb və 1 cavabsız qolla qalib gəlib. Ev sahibi komandanın heyətində 90-cı dəqiqədə Paponi fərqlənib. Son çempion "İnter" də "Kalyari"yə eyni aqibəti yaşadıb. "Nerazuro"nun ilk hissədə Karya ilə vurduğu qol yeganə olub. Matç minimal hesablı qələbəylə Milan klubunun xeyrinə bitib.

Qalan bütün görüşlər ikinci oyun gününə təsadüf edib. "Yuventus" səfərdə "Lecce"yə uduzub. "Roma"nın məğlubiyyəti isə daha faciəvi alınıb. Çünki öncə rəqib qapısından 3 qol vuran paytaxt klubu Cenuyadakı görüşün qalan dəqiqələrində "Cenoa"dan düz 4 qol buraxıb. Nəhayət, qapanış matçında "Napoli" doğma meydanda "Katanya" üzərində qələbə qazanmaqla, bir gün öncə ikinciliyi ələ keçirən "İnter"ə yerini göstərib.

İtaliya A Seriyası XXVI tur

19 fevral

"Bolonya"- "Palermo" - 1:0
Qol: Paponi, 90.

"Inter" - "Kalyari" - 1:0
Qol: Karya, 7.

20 fevral

"Lecce" - "Yuventus" - 2:0
Qollar: Mesbah, 32, Bertolaççi, 48

"Kyevo" - "Milan" - 1:2
Qollar: Fernandes, 61 - Robinyo, 25, Pato, 82

"Fiorentina" - "Sampdoriya" - 0:0

"Cenoa" - "Roma" - 4:3
Qollar: Palasio, 52; 74, Paloski, 68; 86 - Mekses, 6, Burdisso, 16, Totti, 51

"Latsio" - "Bari" - 1:0
Qol: Ernanes, 6

"Parma" - "Çezena" - 2:2
Qollar: Krespo, 64, Palladino, 89 - Rozina, 31, Sammarko, 78

"Udineze" - "Breşiya" - 0:0

"Napoli - "Katanya" - 1:0
Qol: Zuniqa, 25


oxunma sayı: 181 | Paylaş:




?>