')

Bu gün:


FutbolPress.Az | VƏLİ QASIMOV: BU, BİZƏ DƏRS OLACAQ

VƏLİ QASIMOV: BU, BİZƏ DƏRS OLACAQ


oxunma sayı: 140 Paylaş:

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün İsveçrənin "Bazel" klubunun əvəzedici komandası ilə yoldaşlıq oyunu keçirib. Qarşılaşma 1:0 hesabı ilə İsveçrə təmsilçisinin xeyrinə başa çatıb.

Matçdan sonra Azərbaycan yığma komandasının baş məşqçisi Vəli Qasımov bunları deyib: "Bu gün komandamız pis oynadı. İndiyədək belə zəf oyunun şahidi olmamışdım. Bunun da öz səbəbləri var. Birinci hissədə komandaya yeni qoşulan uşaqları sınaqdan keçirdik. İkinci hissədə heyətdə dəyişiklik etdik, lakin oyunda dönüş yarada bilmədik. Bu məğlubiyyət bizə dərs olacaq".


oxunma sayı: 140 | Paylaş:




?>