')

Bu gün:


FutbolPress.Az | "MEYDANDA KOMANDALARDAN HEÇ BİRİ BÖYÜK ÜSTÜNLÜK GÖSTƏRMƏDİ".

"MEYDANDA KOMANDALARDAN HEÇ BİRİ BÖYÜK ÜSTÜNLÜK GÖSTƏRMƏDİ".


oxunma sayı: 542 Paylaş:

FutbolPress: "Əvvəldən də bilirdik ki, "Qarabağ"la oyun ağır olacaq. Oyunun gedişi də bunu göstərdi ki, rəqib tam hazır idi. Ancaq elə bilirəm ki, oyun bərabərsəviyyəli keçdi. Meydanda komandalardan heç biri böyük üstünlük göstərmədi".

Bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Ağasəlim Mircavadov Premyer Liqanın IX turunda bu gün "Qarabağ"la keçirilən matçsonrası mətbuat konfransında deyib. O, yenə məğlubiyyətdə müdafiəçilərin nöqsanını səbəb kimi göstərib: "İinci hissənin gedişində fərqlənməyə borclu idik. Lalin əlverişli imkanı mütləq qola çevirməliydi. Bu da şanssızlıq oldu bizimçün".

Oyunsonrası konfransda qalib gələrək turnir cədvəlinin 1-ci pilləsinə yüksəlməsi münasibətiylə komandasını təbrik edən Qurban Qurbanov isə bunları deyib: "Rəqib güclü olsa da, öz oyunumuzu göstərdik. Rauf Əliyev qol epizodunu layiqli dəyərləndirdi".

 

 


oxunma sayı: 542 | Paylaş:




?>