')

Bu gün:


FutbolPress.Az | AZAL RƏHBƏRLİYİ TƏKZİB ETDİ

AZAL RƏHBƏRLİYİ TƏKZİB ETDİ


oxunma sayı: 158 Paylaş:

AZAL bəyanat yayıb. Klub rəhbərliyi məşqçi korpusunun "Gəncə" ilə oyundan sonra istefa vermək istəyi ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edib:

"Son günlərdə idman mətbuatında, xüsusilə də internet portallarında AZAL PFK haqqında heç bir əsası olmayan, qeyri-dəqiq və yanlış xəbərlər bir-birini əvəz edir.
Mətbuatda guya "Gəncə" ilə 0:0 hesabı ilə başa çatan qarşılaşmadan sonra toplantı keçirildiyi və rəhbərliyin məşqçi heyətinin işindən narazı olduğuna dair xəbərlər dərc olunaraq, AZAL PFK-nın məşqçi korpusunun tezliklə işindən azad ediləcəyi iddia edilir. Hətta heç bir mənbəyə əsaslanmayaraq bu xəbərləri yazanlar bir qədər irəli gedərək baş məşqçi Nazim Süleymanovun Elxan Abdullayevlə əvəzlənəcəyini "proqnozlaşdırır".
AZAL PFK olaraq jurnalistlərin informasiya əldə etmək hüququna hörmət etdiyimizi bildirməklə və bu sahənin xüsusiyyətlərini düzgün qiymətləndirməklə yanaşı, bu cür əsassız xəbərlərə reaksiya verməyi də özümüzə borc sayırıq. Hər halda məsul oyunlar ərəfəsində komanda və klub daxilində gərginlik yaratmaq istəyən qüvvələrin məqsədini biz də anlayırıq və sözügedən məsələlərlə bağlı rəsmi mövqeyimizi ortaya qoymağı məqsədəuyğun sayırıq.
Biz bəyan edirik ki, "Gəncə" ilə oyundan sonra məşqçilərin istefasının gündəmə gəlməsi ilə bağlı klub daxilində hər hansı bir fövqaladə iclas olmayıb və bu məlumatların haradan götürüldüyünə biz özümüz də təəccüblənirik. Əlbəttə, qarşısına ilk altılığa düşmək məqsədi qoyan AZAL-ın rəhbərliyi, elə komandanın bütün üzvləri də evdə itirilən vacib iki xala görə təəssüflənir və nəticədən narazıyıq. Etiraf edirik ki, "Gəncə" ilə oyunun nəticəsinin məşqçi heyətinin AZAL PFK-dakı gələcəyinə heç bir təsiri yoxdu və Nazim Süleymanovun rəhbərlik etdiyi heyət öz işini davam etdirir. Qarşımıza qoyduğumuz məqsədlərə çatmaq uğrunda birgə fəaliyyətimizi davam etdiririk. Elxan Abdullayevin guya AZAL-a baş məşqçi təyin olunması ilə bağlı xəbər də tamamilə kimlərinsə uydurmasıdı və kökündən yalandı. Bu məsələdə qeyri-müəyyənliyi aradan götürmək və əsl həqiqəti üzə çıxarmaq üçün bildirmək istəyirik ki, bəli, qış fasiləsi ərəfəsində komandanın məşqçisi Novruz Əzimovun AZAL-dan ayrılmasından sonra Elxan Abdullayevə fiziki hazırlıq üzrə məşqçi postu təklif olunub. Ancaq Elxan Abdullayev Qazaxıstan klubundan təklif almasını əsas gətirərək üzrxahlığını bildirdi və bu təklifdən imtina etdi. Bu, AZAL PFK ilə məşqçi Elxan Abdullayev arasında peşəkar məsələlərlə bağlı sonuncu dialoq olub.

Ümumiyyətlə, carı mövsümdə dəfələrlə AZAL PFK-nın ətrafında yalnış informasiya vakuumu yaratmağa çalışıblar. Yaxşı anlayırıq ki, bu əsasən bizi gözü götürməyən və meydançadakı mübarizədə bizə məğlub olanların fəaliyyətidi. Məsul qarşılaşmalar ərəfəsində klub və komanda daxilinə atmosferi korlamaq və süni gərginlik yaratmaq istəyənlər əmin olsunlar ki, belə cəhdlər heç bir nəticə verməyəcək. Gündən günə peşəkarlaşan AZAL PFK öz inkişaf staretgiyasına sadiq qalaraq bütün onu istəməyənlərə yaşıl meydanlarda qazandığı müsbət nəticələrlə cavab verəcək".


oxunma sayı: 158 | Paylaş:




?>