')

Bu gün:


FutbolPress.Az | "BARSA" 1-Cİ, "NEFTÇİ" 586-CI YERDƏ

"BARSA" 1-Cİ, "NEFTÇİ" 586-CI YERDƏ


oxunma sayı: 236 Paylaş:

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) son 10 il üçün dünyanın ən güclü 1000 komandasının siyahısını açıqlayıb.

Siyahıda ilk onluğu müvafiq olaraq "Barselona" (İspaniya), "Mançester Yunayted" (İngiltərə), "Liverpul" (İngiltərə), "Arsenal" (İngiltərə), "İnter" (İtaliya), "Bavariya" (Almaniya), "Milan" (İtaliya), "Real" (Madrid, İspaniya), "Çelsi" (İngiltərə) və "Boka Xuniors" (Argentina) klubları tutublar.

Reytinq cədvəlində Azərbaycanın beş klubu da yer alıb. "Neftçi" 392 xalla 586-cı yerdədi. "Qarabağ" 366,5 xalla 634-cü, "Bakı" 327 xalla 731-ci, "İnter" 266,5 xalla 915-ci, "Xəzər Lənkəran" 265 xalla 925-ci pillədə qərarlaşıb.


oxunma sayı: 236 | Paylaş:




?>