')

Bu gün:


FutbolPress.Az | NAZİM SÜLEYMANOV: YAXŞI NƏTİCƏ VERMƏSƏK, GEDƏCƏYİK

NAZİM SÜLEYMANOV: YAXŞI NƏTİCƏ VERMƏSƏK, GEDƏCƏYİK


oxunma sayı: 376 Paylaş:

"...Kimsə sənə pul verirsə, uduzmağın üçün vermir ki..."

Premyer Liqanın son turunda AZAL - "Gəncə" matçında meydan sahiblərinin 2 vacib xal itirməsi məşqçilər korpusunun istefasıyla nəticələnə bilərmiş. Hətta qarşılaşmadan dərhal sonra komandanın daxili iclası keçirilib.

İclasda klub prezidenti Vaqif Qasımov iki xal itkisinə görə məşqçilər korpusunu ittiham edib. Məşqçilər isə onun sözlərinə cavab qaytarmaq istəməyib və hətta komanadadan getməyə hazır olduqlarını da bildiriblər. Lakin vəziyyəti daha da qəlizləşdirmək istəməyən klub prezidenti otağı tərk edib.

AZAL-ın baş məşqçisi Nazim Süleymanov komandanın məşqçi heyətinin istefa vermək istəyilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Həmin matçdan sonra klub prezidenti Vaqif Qasımovla məşqçilər arasında heç bir qalmaqalın olmadığını deyən Süleymanov komandadan getmək barədə fikir səsləndirmədiyini deyib: "Klubumuzun prezidenti qarşısında öhdəçilik götürmüşük. Tələb olunan nəticəni verə bilməsək, özümüz gedəcəyik. İndi niyə getməliyəm?! Biz hamımız "Gəncə" üzərində qələbə qazanacağımızı gözləyirdik. Ancaq rəqib bütün planlarımızı pozdu".

Təcrübəli çalışdırıpcı "Gəncə"nin stimullaşdırılmasıyla bağlı səsləndirdiyi fikrə də toxunub: "Mənim sözlərimi bu şəkildə sensasiyaya çevirmək lazım deyil. Bütün dünyada bu stimullaşdırma populyardı. Kimsə sənə pul verirsə, uduzmağın üçün vermir ki, əksinə daha layiqli mübarizə aparmağın üçün verir. Günahkar özümüzük. Biz istənilən halda daha güclü olduğumuzu göstərməyə borclu idik".


oxunma sayı: 376 | Paylaş:




?>