')

Bu gün:


FutbolPress.Az | PROBLEM RÖVNƏQ ABDULLAYEVDƏDİRMİ?

PROBLEM RÖVNƏQ ABDULLAYEVDƏDİRMİ?


oxunma sayı: 867 Paylaş:

...Mərhələlər bir-birini əvəzləyir, amma nizamsız şəkildə. Azərbaycan kimi 3-cü dünya ölkələrində nizamsızlıq kütləni ən yaxşı idarə vasitəsidi, bu politik aksioma bütün dünyada eyni cür tətbiq olunur.

Fikir vermisiz, sadə insanlar həmişə sözdə dövləti ideal idarə edir, iqtisadi, sosial qayğıları bir neçə dəqiqəlik söhbətdə həll edə biləcəyini izah edir, danışır, danışır... Bəli, bunlar mərhələlərin nizamsız qovuşması, ötüşməsi prosesidi.

Belə qəliz girişə futbol oxucusu yalnız ağız büzər. Amma məqsəd var. Həmin bu nizamsızlıq sisteminin Azərbaycan futbolunda cərəyanını birlikdə izləsək, nəsə bilmiş olarıq.

Zaman göstərir ki, bizim idman KİV-i həmin o sadə danışan.. sadə insanın rolundadı. Əvəzlənən nizamsız mərhələləri baxışları danışmağıyla süzür, yola salır...

Yadınızda olar; AFFA-nın ilk prezienti Fuad Musayev persona non-qrata olmuşdu. Onu yalnız inqilab sayəsində vəzifəsindən kənarlaşdırdılar. O vaxt mətbuat, futbol ictimaiyyəti Musayevə birmənalı şəkildə əks cəbhədə cəmlənmişdi; sanki hamı ondan futbolumuzun yox, öz canını qurtarmaq istəyirdi...
...Ramiz Mirzəyev Fuad Musayevin kreslosundan onun dalınca söyəndə
Zaman donmuşdu
"Kreslo" əbədi sükunətiylə hər hala biganə...
Ətrafda isə bu sükunəti poza bilməyən danışanlar, danışanlar...
Elə o zamanlarda Azərbaycanı qara buludlara qərq edən "qara qızıl" futbolumuzun qaranlığına qara işıq saçdı.

Hər şey "qara işıq" ifadəsi kimi absurd... Xatırlayaq; futbolun içində olan jurnalistlər mirzəyevli günlərdə necə Musayevin xiffətini çəkirdilər. Yazmağa etalon da qalmamışdı. Futbol adına bütün etalon Fuad Musayevlə getdi...
...Zaman qırmızı vərəqə göstərdi, ya final fitini çaldı- Mirzəyev "qara işıq" saçan dünyadan qaranlıq dünyaya köçəndə hamı bunu deyirdi: "bu dünyadan nə apardı ki...".

...Nizamsız mərhələlər ötüşməsində meydanın mərkəzində bütün istiqamətləri Rövnəq Abdullayev göstərir. Göstərəcək. Ovaxtadək; onu da danışaraq, süzüb, yola salacağıq...

Niyə futbolu bilən AFFA rəhbəri ola bilmir? Çünki zamanın ən "qara işığı", lap zülməti çöküb AFFA-ya. "Tarix təkrarlanır"- desələr də, tarix hələ yazılır AFFA-da: təkrarını arzulamayacağımız tarix...
Həddən artıq zənginlik qadına fahişəliyi dadmağı öyrədər deyib filosof Nitşe. Bax, bu cür zənginliyin qurbanı olmaqdadı futbolumuz...

Danışanlar isə hələ də optimistdilər: belə olmalıdı, elə düzəlməlidi, mən olsaydım belə eləyərdim və s.

  E L Ç ! N

 


oxunma sayı: 867 | Paylaş:




?>