')

Bu gün:


FutbolPress.Az | ADRİANO "PİVƏÇİ" OLACAQ?

ADRİANO "PİVƏÇİ" OLACAQ?


oxunma sayı: 216 Paylaş:

Almaniya Bundesliqasının son turunda doğma meydanda "Hoffenhaym"ı darmadağın etməsinə baxmayaraq "Bavariya"da işlər yolunda getmir. Buna görə də, ötənilki çempion hücum xəttini gücləndirmək üçün "Barselona"nın forvardı Adrianonu transfer etmək istəyir.

"Bild" qəzeti xəbər verir ki, komandaya hücumçu cəlb etmək istəyən "Bavariya" rəhbərliyi daha öncə Fabio Koentraoyla heyəti gücləndirmək istəsə də, alınmamışdı. Ancaq bu keçid reallaşmadığından "pivəçilər" 26 yaşlı Adrianonu hədəfləyib.

Mövsümün əvvəlində "Sevilya"dan Kataloniya klubuna transfer olunan amma uğursuz oyun sərgiləyən futbolçunun Almaniyaya getməsinə "Barsa" rəhbərliyi də müsbət yanaşır.

2014-cü ilə qədər müqaviləsi olan Adriano bu mövsüm "Barselona"nın heyətində 19 oyunda iştirak edib və rəqib qapılarından cəmi 1 top keçirib.


oxunma sayı: 216 | Paylaş:




?>