"CENOA" 1, "İNTER" İSƏ 2 QOLLA KEÇDİ
Paylaş:
İtaliya A Seriyasında XVII turdan təxirə salınan iki oyun keçirilib. "Fiorentina" doğma meydanda "Inter", "Sampdoriya" isə "Cenoa" ilə münasibətlərinə aydınlıq gətirib. Səfərdə florensiyalıların qonağı olan Leonardonun yetirmələri meydandan 2:1 hesablı qalibiyyətlə ayrılıb. Artıq 6-cı dəqiqədə Kamporezenin avtoqolu sayəsində "İnter" önə keçib. 27 dəqiqə sonra Paskual ev sahibinə bərabərlik gətirsə də, "neradzura"nın yeni transferi Pazzini 62-ci dəqiqədə qonaq komandanın qələbə qolunu vurub. "Cenoa" isə "Samdoriya"nı minimal hesabla məğlub etməyi bacarıb. 16 fevral "Sampdoriya" - "Cenoa" - 0:1
İtaliya A Seriyası XVII turun oyunları
"Fiorentina" - "Inter" - 1:2
Qollar: Manuel Paskual, 33 - Mikele Kamporeze, 6 (avtoqol).; Campaolo Pazzini, 62
Qol: Rafinya, 55
| Paylaş: