MOURİNYO HƏMYERLİSİNİ "REAL"DA SAXLADI
Paylaş:
"Real Madrid"in müdafiəçisi Pepenin mövsümün sonunda komandadan gedəcəyi haqda xəbər vermişdik. Buna səbəb ilinə 1,8 milyon avro qazanan portuqaliyalının klubda ən az maaş alan futbolçu olamsıdı. "Real" rəhbərliyi də Pepeni satmaqda maraqlı olduğunu açıqlamışdı. Ancaq "Real"ın portuqaliyalı baş məşqçisi Mourinyo Pepeni komandada saxlamaqda israrlıdı. Hətta bu istiqamətdə klub rəhbərliyinə də tələbini bildirib. Təcrübəli oyunçunun bir neçə gün ərzində klubla müqavilə müddətini uzadacağı gözlənilir. İspaniya mətbuatının verdiyi xəbərə görə, Pepenin müqaviləsi 2015-ci ilə qədər uzadılacaq. İlinə 1,8 milyon avro qazanan müdafiəçinin maaşı da 3,8 milyon avroya yüksəldiləcək.
| Paylaş: