')

Bu gün:


FutbolPress.Az | FABİANO ANDALUSİYAYLA VİDALAŞIR

FABİANO ANDALUSİYAYLA VİDALAŞIR


oxunma sayı: 193 Paylaş:

"Sevilya"nın forvardı Luiş Fabiano mövsümün sonunda 6 il formasını geyindiyi komandadan gedəcəyini bildirib. Braziliya qəzetinə açıqlama verən 30 yaşlı futbolçu klub rəhbərliyilə danışıb yayda Andalusiyanı tərk edəcəyini deyib.

"Sevilya"nın yeni baş məşqçisi Qreqorio Manzanoyla münasibətlərinin yaxşı olmadığını vurğulayan braziliyalı hücumçu komandadan ayrılacağına belə münasibət bildirib: "Yeni çalışdırıcıyla problemlər yaşadım. Son 3 ay çox pis keçdi. Mənə qarşı rəhbərlik tərəfindən təzyiqlər var. Üstəlik zədələnməyim işlərimi bir-birinə qatdı. Yaşıl meydanlara qayıtdıqda isə matçların çoxunu ehtiyatdan izləyirdim. Qalan 4 ay müddətində bütün gücümü sərf edəcəm. Bu kluba çox şey borcluyam. Mənə inanan bütün insanlara təşəkkür edirəm".

Luiş Fabiano "Sevilya"da keçiridiyi 6 il ərzində 2 UEFA Kuboku, 2 Kral Kuboku və 1 Avropa Super Kubokunu qazanıb.


oxunma sayı: 193 | Paylaş:




?>