')

Bu gün:


FutbolPress.Az | ROMADA QOL, LONDONDA "KƏDƏR YAĞIŞI"  (YENİLƏNİB)

ROMADA QOL, LONDONDA "KƏDƏR YAĞIŞI" (YENİLƏNİB)


oxunma sayı: 251 Paylaş:

Bu gün Avropanın yaşıl meydanlarında baş tutan görüşlərlə Çempionlar Liqasında 2 aylıq fasiləyə son qoyulub. İlk oyun günündə 1/8 final mərhələsi çərçivəsində 2 matç keçirilib. İtaliya A seriyasının hazırki lideri "Milan" doğma meydanda "Tottenhem"i qəbul edib. İlk hissəsi qolsuz bitən matçın 79-cu dəqiqəsində qonaq komanda Krauçun vurduğu qolla qələbə qazanıb. "Valensiya" isə Bundesliqada uğursuz günlərini yaşayan "Şalke"ylə qarşılaşıb. Bu görüş İspaniya futbolunun əfsanəsi, hazırda Almaniya təmsilçisində çıxış edən Raulun vətənə qayıdışı baxımından da böyük önəm kəsb edirdi. Qarşılaşmada hesabı meydan sahibləri açıb. "Yarasalar"ın heyətində Roberto Saldado fərqlənib. 64-cü dəqiqədə isə Raul öz sözünü deyib və "şaxtaçılar"a bərabərlik gətirib.

Bu gün keçirilən 2 matçla Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. "Arsenal" "Emireytes"də İspaniya La Liqasının hazır ki lideri "Barselona"nı qonaq edib. Katalonlar 26-cı dəqiqədə Vilyanın qoluyla meydan sahiblərini şoka salıb. Amma "Barsa" qələbəni qoruya bilməyib. İkinci hissədə daha yaxşı oyun nümayiş etdirən "topçular" 78-ci dəqiqədə Van Persinin dəqiq zərbəsindən sonra tarazlığı bərpa ediblər. 5 dəqiqə sonra isə Andrey Arşavin Qvardiolanın komandasını cəzalandırıb. London klubu bu görüşdə qələbə qazanmaqla ötən mövsümkü məğlubiyyətin əvəzini çıxmağı bacarıb. "Roma" isə Ukrayna təmsilçisi "Şaxtyor"la qarşılaşıb. Oyunun 28-ci dəqiqəsində paytaxt klubu Simon Perrottayla hesabı açsa da, meydan sahiblərinin üstünlüyü cəmi bir dəqiqə çəkib. 29-cu dəiqədə Yadson bərabərliyi təmin edib. 36-cı dəqiqədə Duqlas Koşta "Şaxtyor"u hesabda önə keçirib. 6 dəqiqə sonra isə Luis Adriano romalıları şoka salan qola imza atıb. İkinci hissədə özünə gələn "Roma" fərqi minimuma endirə bilib. 61-ci dəqiqədə Ceremi Menez fərqlənib. Lakin italyanların bundan artığına gücü çatmayıb və Mirça Luçeskunun komandası 3:2 hesablı qələbə qazanıb.

Çempionlar Liqası 1/8 final

15 fevral

"Milan" (İtaliya) - "Tottenhem" (İngiltərə) - 0:1
Qol: Krauç, 79

"Valensiya" (İspaniya) - "Şalke" (Almaniya) - 1:1
Qollar: Roberto Saldado, 17 - Raul, 64

16 fevral

"Arsenal" (İngiltərə) - "Barselona" (İspaniya) - 2:1
Qollar: Van Persi, 79, Arşavin, 83 - Vilya, 26.

"Roma" (İtaliya) - "Şaxtyor" (Ukrayna) - 2:3
Qollar: Perrotta, 28, Menes, 63 - Jadson, 29, Kosta, 36, Adriano, 42


oxunma sayı: 251 | Paylaş:




?>