')

Bu gün:


FutbolPress.Az | AVROLİQA:  "BEŞİKTAŞ" DARMADAĞIN, "BAVARİYA" QALİB OLDU  (YENİLƏNİB)

AVROLİQA: "BEŞİKTAŞ" DARMADAĞIN, "BAVARİYA" QALİB OLDU (YENİLƏNİB)


oxunma sayı: 340 Paylaş:

Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Fevralın 17-dən start verilən matçların ilki Yunanıstan "Aris"ilə İngiltərənin "Mançester Siti" klubu arasında keçirilib. Tərəflər qapılara yol tapmağa səy göstərsələr də, oyun qolsuz heç-heçəylə bitib.

Bu günün ilk görüşünə Rusiyada start verilib. "Rubin" Moskvada Hollandiya "Tvente"sini qəbul edib və meydandan 2 cavabsız qolla məğlub ayrılıb. Son Bundesliqa çempionu "Bavariya" Dubay toplanışı çərçivəsində Azərbaycan yığma komandasını 1:0 hesabıyla məğlub edən "Metallist"i darmadağın edib. Lui van Qalın yetirmələri meydan sahiblərinin qapısından 4 top keçirib.

Qış fasiləsində heyətini ulduz futbolçularla gücləndirən "Beşiktaş" "İnönü"də Kiyev "Dinamo"suyla qarşılaşıb. Lakin "ağ-qaralar" böyük üzüntü yaşayıblar. "Dinamo" 4:1 hesabı ilə qalib gələrək, 1/8 final mərhələsini böyük ölçüdə təmin edib. Bu matçda "Beşiktaş"ın portuqaliyalı ulduzlarına böyük ümidlər bəslənilsə də, onlardan biri - Rikardo Kuarejma komandasının yeganə topunu vurmaqdan əlavə, 90-cı dəqiqədə qırmızı vərəqə alıb.

"Ayaks" səfərdə "Anderlext"in qonağı olub. Hollandiya klubu belçikalıları 3:0 hesabıyla məğlub etməklə "Anderlext"ə cavab oyunu üçün heç bir şans qoymayıb. BATE - PSJ görüşü dramatikliyi ilə yadda qalıb. Tərəflər hərəyə 2 dəfə fərqlənsə də, parislilər müəyyən üstünlük qazanıb. "Spartak" "Bazel"lə səfər qarşılaşmasının ilk hissəsində 0:2 hesabıyla uduzmasına baxmayaraq, ikinci hissədə vurduğu 3 qolla qələbə qazanıb.

Avropa Liqası 1/16 final

15 fevral

"Aris" (Yunanıstan) - "Mançester Siti" (İngiltərə) - 0:0

17 fevral

"Rubin" (Rusiya) - "Tvente" (Hollandiya) - 0:2
Qollar: Lük de Yonq, 77; Peter Visqerhof, 88

"Metallist" (Ukrayna) - "Bayer" (Almaniya) - 0:3
Qollar: Derdiyok, 23; Kastro, 72; Sem, 90; 90+1

"Anderlext" (Belçika) - "Ayaks" (Hollandiya) - 0:3
Qollar: Alderveyreld, 32; Erikson, 52; Əl-Hamdau, 68

BATE (Belarus) - PSJ (Fransa) - 2:2
Qollar: Bressan, 16; Qordeyçuk, 81 - Mövlud Ərdinc, 30; Lyuindula, 89

"Benfika" (Portuqaliya) - "Ştutqart" (Almaniya) - 2:1
Qollar: Kardozo, 70; 81- Harnik, 21

"Beşiktaş" (Türkiyə) - "Dinamo" (Ukrayna) - 1:4
Qollar: Kuarejma, 38 - Vukoeviç, 27; Şevçenko, 50; Yussuf, 57; Qusev, 90 (pen)

"Lex" (Polşa) - "Braqa" (Portuqaliya) - 1:0
Qol: Rudnev, 72

"Napoli" (İtaliya) - "Vilyarreal" (İspaniya) - 0:0

"Reyncers" (Şotlandiya) - "Sportinq" (Portuqaliya) - 1:1
Qollar: Uittaker, 66 - Fernandes, 89

"Sparta" (Çexiya) - "Liverpul" (İngiltərə) - 0:0

"Bazel" (İsveçrə) - "Spartak" (Rusiya) - 2:3
Qollar: Fray, 37; Ştreller, 41 - Kombarov, 61; Dzyuba, 70, Ananidze, 90

"Yanq Boyz" (İsveçrə) - "Zenit" (Rusiya) - 1:1
Qollar: Luliç, 47 - Lomberts, 20

PAOK (Yunanıstan) - MOİK (Rusiya) - 0:1
Qol: Netsid, 29

"Sevilya" (İspaniya) - "Porto" (Portuqaliya) - 1:2
Qollar: Kanute, 66 - Rolando, 58; Quarin, 85

"Lill" (Fransa) - PSV (Hollandiya) - 2:2
Qollar: Qyu, 6; De Melu, 31 - Bauma, 83; Toyvonen, 84


oxunma sayı: 340 | Paylaş:




?>