ÖZİL TÜRK OLDUĞUNU SÖYÜŞLƏ ETİRAF ETDİ
Paylaş:
Almaniya yığma komandası və İspaniyanın "Real Madrid" klubunun futbolçusu Məsut Özil türk olduğunu etiraf edib. Türkiyə mətbuatının verdiyi xəbərə görə, hər zaman - "Alman kimi yaşayıram" - deyən Özil "Real"ın "Espanyol"la səfər qarşılaşmasında yan xətt hakimini türkcə küçə söyüşüylə təhqir edib. O, hələ 3-cü dəqiqədə qapıçı İker Kasilyasın meydançadan qovulmasından sonra əsəblərinə hakim ola bilməyərək yan xətt hakiminə "Has...tir i.ne" - deyib. Özil oyun boyunca hakimin ünvanına söyüşlər yağdırıb. Xüsusən də 23 yaşlı yarımmüdafiəçi hücumda olduğu vaxt ofsayd bayrağı qaldıran laynsmana "Hadi ... işinə" deyib. 78-ci dəqiqədə isə yerini Lassana Diarraya buraxan Özil meydançadan çıxarkən "Hay a. koyayım ya" - deyib.
| Paylaş: