')

Bu gün:


FutbolPress.Az | RAMİN MUSAYEV: PFL-DƏN NİYƏ GETMƏLİYƏM Kİ?! (YENİLƏNİB)

RAMİN MUSAYEV: PFL-DƏN NİYƏ GETMƏLİYƏM Kİ?! (YENİLƏNİB)


oxunma sayı: 843 Paylaş:

FutbolPress: Bir müddət əvvəl mətbuatda PFL-in prezidenti Ramin Musayevin cari Premyer Liqanın sonunda vəzifəsindən istefa verəcəyi və yenidən əvvəlki işinə, "Neftçi"yə qayıdacağı barədə xəbərlər dolaşmaqda idi. Ancaq bu xəbər bir neçə dəfə fərqli formada KİV-də dərc olunsa da, bunların heç birində rəsmi münasibət qeyd olunmamışdı. AFFA-nın daxilində hansısa əksraminçi bu xəbəri yayıb- federasiyada onun yerinə adam hazırlanır, Musayev tezliklə rəhbərlik tərəfindən "Neftçi"yə göndəriləcək və bu ictimaiyyətə elə təqdim olanacaq ki, guya o, öz xoşuyla iş yerini dəyişib.
Xəbəri araşdırarkən R.Musayevin bu barədə münasibətini öyrənmək vacib idi. Görək Ramin müəllim də belə düşünürmü?
- "Sizə kim deyib bunu?"
- "Bir neçə müddətdi ki, KİV-də bu barədə müxtəlif xəbərlər yayılıb. Biz də dəqiqləşdirmək istədik bunu".
- "Əşşi, yalan yazırlar. Kim məni vəzifəmdən sıxışdıracaq ki?! Çempionatın yeni sponsoru var, yarış gərgin keçir, məni işimdən niyə çıxarsınlar ki?!"
- "Yəni hələ istədiyiniz qədər bu vəzifədə qalacaqsız"...
- "4 ildi PFL-in prezidentiyəm, ən azı 4 il də burda olacam. Hamı arxayın olsun"
- "Uğurlar, Ramin müəllim"...

QEYD: Bu xəbər saytımızda dərc edildikdən sonra apasport.az saytı "Ramin Musayevin şübhələndiyi oyun və ya PFL nə vaxt yaranıb?" sərlövhəli mətndə məsələni bir qədər də qabardıb: "Musayev bu gün futbolpress.az saytına verdiyi açıqlamada bildirib ki, 4 ildir PFL-in prezidenti postunda çalışır. Görəsən, doğurdanmı Ramin bəy PFL adlı qurumun 4 il yox, cəmi 15 ay əvvəl yarandığını bilmir?".

Elə bu ərəfədə Musayev redaksiyamıza zəng edərək xəbərə sərt reaksiyasını bildirdi: "Mən sizə hörmət elədim, müsahibə verdim, amma siz mənə qarşı çox böyük hörmətsizlik elədiz. Mən nə vaxt dedim ki, 4 ildi burdayam və 4 il də burda olacam?! Əlinizdə sübut var?!".

Bundan sonra PFL-in mətbuat xidmətinin əməkdaşı redaksiyamızla əlaqə saxlayaraq yaranan anlaşılmazlığı nəzərə almağımızı və eyni zamanda mümkün olduğu qədər xəbərdə Musayevin narazı olduğu məqamı redaktə etməyimizi xahiş etdi. Biz isə öz növbəmizdə zəruri qeydimizi bildiririk: "Hörmətli Ramin müəllim, Sizin böyük hörmətlə yanaşdığınızı bildirdiyiniz "Futbol-Press" qəzetinin kollektivi indi indi bu saytı təsis edib. Bilirsiz ki, qəzetimiz fəaliyyətdə olduğu müddətdə məsələlərə qərəzli yanaşma nümayiş etdirməyib. Onda maraqlıdı, birdən-birə niyə belə yalnışlıq yarandı?! Biz peşə etikası naminə yalnışlığa tərəfimizdən lazımi qədər aydınlıq gətirəcəyik...

İdman KİV-də çalışan hər kəs bilir ki, PFL-in prezidenti vəzifəsi səlahiyyətləri 4 illik icra müddətidir- növbəti seçkiyədək. Amma bilmirdik ki, siz "Mən 4 ildi PFL-in prezidentiyəm və daha 4 il də burda olacam" deyəcəksiz.

Bildiririk ki, diktofon (səs yazılışı) məhkəmədə həlledici arqument sayılmır. Əgər çıxış yolu budursa, rica edirik, "Qarabağ" rəhbərliyiylə separat telefon danışığına getdiyi ittihamıyla peşəsindən didərgin salınan FİFA dərəcəli hakimimiz Babək Quliyevin bu barədə sübut tələbi təmin olunsun, bilək ki, bu ölkədə qanun alidi, biz də bu aliliyə həmişəki kimi məmniniyyətlə riayət edək. İstənilən halda buna hazırıq, çünki "FutbolPress"çilər qəsdi-qərəz "oyununda" heç vaxt olmayıb və olmayacaq da. Sayğılarla..!


oxunma sayı: 843 | Paylaş:




?>