')

Bu gün:


FutbolPress.Az | ŞOK! "QARTAL" KAPİTANINI QOVDU

ŞOK! "QARTAL" KAPİTANINI QOVDU


oxunma sayı: 183 Paylaş:

"Beşiktaş" rəhbərliyi 11 ildi "ağ-qara" formanı geyinən kapitan İbrahim Üzülməzi komandadan qovub. Buna səbəb Super Liqanın son turunda "Ankaragücü"nə 0:1 hesabıyla məğlub olduqları matçın fasiləsində paltardəyişmə otağında komanda yoldaşı İbrahim Toramanla əlbəyaxa çıxmasıdı.

Bu barədə İstanbul klubunun İdarə Heyəti qərar çıxarıb: "13 fevral tarixində keçirilən "Ankaragücü" - "Beşiktaş" matçının fasiləsində futbolçumuz İbrahim Üzülməzin yol verdiyi idmançıya yaraşmayan hərəkəti onunla müqaviləmizin ləğv edilməsinə səbəb olub. Onun klubumuzla əlaqələrinin kəsilməsinə səs çoxluğuyla qərar verilmişdi".

36 yaşlı futbolçu 2000-ci ildən "Beşiktaş"da forma geyinir. Bu komandanın heyətində 330 dəfə meydana çıxan Üzülməz rəqib qapılarından 12 qol keçirib.


oxunma sayı: 183 | Paylaş:




?>