')

Bu gün:


FutbolPress.Az | RAUL İSPANİYAYA QAYIDIR

RAUL İSPANİYAYA QAYIDIR


oxunma sayı: 169 Paylaş:

Karyerasının qürub çağında Madrid "Real"ından "Şalke"yə keçən Raul Qonzales Almaniya klubunda da vacib oyunçu olduğunu sübut etdi. Buna qədər 28 oyunda 12 qol vurub.

Çempionlar Liqasında "Valensiya" ilə matçöncəsi açıqlama verən Raul deyib: "Biz hələ qrup mərhələsində ən çətin tapşırıqların öhdəsindən gələ bildiyimizi göstərə bilmişik. "Valensiya" ilə cavab qarşılaşması səfərdə olacaq - öz vətənimdə oynayacam. Məncə, ¼ finala daha real namizəd bizik".

Statistika göstərir ki, Raul "Valensiya"ya qarşı 25 qarşılaşmada 13 qol vurub. "Şalke"nin baş məşqçisi Unay Emeri də qarşıdakı oyunda rəqibə qarşı ən vacib "silah" Raulu sayır


oxunma sayı: 169 | Paylaş:




?>